BDU və Qazaxıstanın Atırau Neft və Qaz Universiteti arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı Dövlət Universitetində (BDU) Qazaxıstanın Atırau Neft və Qaz Universitetinin Təkmilləşdirmə və Əlavə Təhsil İnstitutunun direktoru Akmaral Jalgasbaeva və Neft və qaz fakültəsinin dekanı Reyhan Süleymenova ilə görüş olub.
Qonaqları salamlayan rektor Elçin Babayev Qazaxıstan universitetlərinin BDU-nun beynəlxalq əlaqələrində xüsusi çəkiyə malik olduğunu bildirib. Bu baxımdan Atırau Neft və Qaz Universiteti ilə imzalanmış əməkdaşlıq müqaviləsindən gözləntilərin böyük olduğunu, bunun iki qardaş ölkə arasında təhsil və elmi-tədqiqat sahəsində əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcəyinə əminliyini bildirib.
Qonaqlar BDU ilə elm və təhsil sahəsində əlaqələrin genişləndirilməsi, tələbə-müəllim mübadiləsinin vacibliyini bildirib, Atırau Neft və Qaz Universitetinin əlavə təhsil sahəsində təcrübəsini bölüşüblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 05 Mart 2025 17:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















