Icma.az
close
up
RU
BDU və Atırau Neft və Qaz Universiteti arasında təhsil və tədqiqat sahəsində əməkdaşlıq müzakirə edilib

BDU və Atırau Neft və Qaz Universiteti arasında təhsil və tədqiqat sahəsində əməkdaşlıq müzakirə edilib

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Astanada keçirilən “Qazaxıstan – akademik təhsil məkanı” Strateji Tərəfdaşlar Forumu çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev ilə Safi Utebayev adına Atırau Neft və Qaz Universitetinin İdarə Heyətinin sədri – rektoru, professor Gülzada Şakulikova arasında görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə tərəflər iki universitet arasında təhsil və elmi-tədqiqat sahəsində əməkdaşlığın genişləndirilməsi, eləcə də birgə innovativ layihələrin reallaşdırılması məsələlərini müzakirə ediblər. Xüsusilə neft-qaz mühəndisliyi, ekologiya, regionun sosial-iqtisadi inkişafı, rəqəmsal transformasiya və təhsil texnologiyaları kimi prioritet istiqamətlərdə birgə fəaliyyətin perspektivləri diqqət mərkəzində olub.

Tərəflər, həmçinin doktorantura səviyyəsində birgə rəhbərlik proqramlarının tətbiqi, birgə elmi məqalələrin hazırlanması, beynəlxalq elmi konfranslarda ortaq çıxışların təşkili, tələbə və müəllim mübadiləsinin genişləndirilməsi kimi istiqamətlərdə əməkdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər.

Rektor Elçin Babayev vurğulayıb ki, BDU Atırau Neft və Qaz Universiteti ilə əlaqələri elmi nəticələrə və praktiki tətbiqlərə yönəlmiş konkret layihələr əsasında inkişaf etdirmək niyyətindədir. O qeyd edib ki, bu əməkdaşlıq təkcə iki universitet arasında deyil, həm də Azərbaycan və Qazaxıstan arasında regional inkişaf, innovasiya və enerji elmləri sahəsində qarşılıqlı tərəfdaşlığın möhkəmlənməsinə mühüm töhfə verəcək.

Öz növbəsində Gülzada Şakulikova da BDU ilə əlaqələrin daha da gücləndirilməsinin vacibliyini qeyd edərək, bu əməkdaşlığın Qazaxıstanın qərb regionu üçün strateji əhəmiyyət daşıdığını bildirib. O, enerji təhlükəsizliyi, alternativ enerji mənbələrinin tədqiqi, yaşıl texnologiyaların tətbiqi və Xəzər dənizi hövzəsində ekoloji problemlərin öyrənilməsi sahələrində birgə tədqiqat qruplarının yaradılmasının əhəmiyyətini vurğulayıb.

Gülzada Şakulikova əlavə edib ki, iki universitet arasında gənc tədqiqatçılar və tələbələr üçün birgə yay və qış məktəblərinin, praktiki təlim proqramlarının təşkil edilməsi regionun elmi potensialının inkişafına xidmət edəcək və gələcəkdə Qazaxıstan-Azərbaycan akademik əməkdaşlığının mühüm istiqamətlərindən birinə çevriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 02 Noyabr 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see294

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see290

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see232

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see229

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see224

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see202

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see180

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see176

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see164

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see160

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see156

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see152

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see151

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri