Azərbaycan Texnologiya Universiteti ilə Qazaxıstanın Atırau Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Texnologiya Universiteti (ATU) ilə Qazaxıstanın Atırau Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənəd ATU-nun rektoru Yaşar Ömərov və Atırau Universitetinin rektoru Salamat İdrissov tərəfindən Qazaxıstanın Atırau şəhərində keçirilən Xəzəryanı universitetlərin Baş Assambleyası çərçivəsində rəsmiləşdirilib.
Memorandum iki ali təhsil müəssisəsi arasında elmi və akademik əlaqələrin genişləndirilməsini, birgə tədqiqat layihələrinin həyata keçirilməsini, tələbə və müəllim mübadiləsini, ortaq təlim proqramlarının hazırlanmasını və innovasiya ilə texnologiya sahəsində əməkdaşlığın qurulmasını nəzərdə tutur.
Bu əməkdaşlıq ATU və Atırau Universitetinin qarşılıqlı təcrübə mübadiləsi və beynəlxalq əlaqələrinin inkişafında mühüm addımdır.
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Gəncə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 20 Oktyabr 2025 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















