Icma.az
close
up
RU
İlahiyyat İnstitutunun “Brend tələbə”ləri mükafatlandırılıb FOTOLAR

İlahiyyat İnstitutunun “Brend tələbə”ləri mükafatlandırılıb FOTOLAR

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

AzEdu.az Təhsil Portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir.

Bu gün AzEdu.az və Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) birgə təşkilatçılığı ilə burada təhsil alan “Brend tələbə”lər təltif ediliblər.

Tədbirdə AzEdu.az Təhsil Portalının direktoru Ləman Novruzova, AzEdu.az Təhsil Portalının müxbiri Esmira Əliyeva, İlahiyyat fakültəsinin dekanı, dosent Elnurə Əzizova, Mətbuatla iş üzrə baş mütəxəssis Ayşən Aslanova və həmin statusa layiq görülmüş tələbələr iştirak ediblər.

Mükafatlandırma mərasimi Elnurə Əzizovanın nitqi ilə başlayıb. O, “Brend tələbə” layihəsi ilə bağlı AzEdu.az-a təşəkkür edib, gəncləri təbrik edib:

"Bu layihə sizdən sonra gələn tələbələrimiz üçün motivasiya mənbəyidir ki, institutda sadəcə elmi-akademik fəaliyyətlə deyil, həmçinin ictimai prosesdə seçilən tələbələrimiz müəyyən qurumlar tərəfindən təltif edilib, diqqət mərkəzində saxlanılırlar.

Bu il siz həmin layihə çərçivəsində uyğun görülən, institutun yaxşı təmsil etdiyinə inanılan və gələcəkdə də digər tələbələr üçün yaxşı nümunə olduğuna inanılan tələbələr olaraq seçilmisiniz. Düşünürəm ki, bu sizdə həm motivasiya yaradacaq, həm də məsuliyyətinizi daha da artıracaq. Çünki hər iki xüsusiyyət ancaq bu tələbə adına layiq görüldükdən sonra faydalı olmağa səbəb ola bilər. 

Məzun olana qədər hər biriniz digər tələbələrə nümunə olmalısınız. Burada əyləşən tələbələrin təsadüfən seçim olunduğunu zənn etmirəm. Bu münasibətlə sizi bir daha təbrik edirəm".

Daha sonra Ləman Novruzova "Brend tələbə" adına layiq görülən tələbələri təbrik edərək çıxışına başlayıb:

"İlk növbədə hər birinizi səmimiyyətlə salamlayır, bu gün mükafata layiq görülən bütün tələbələri ürəkdən təbrik edirəm. Yüzlərlə tələbə arasından seçilərək "Brend tələbə" adına layiq olmaq həm böyük qürur, həm də dərin məsuliyyət hissi doğuran bir nailiyyətdir. Bu uğur, universitetinizin sizin tələbəlik illərində nümayiş etdirdiyiniz bilik, bacarıq və əzmkarlığı yüksək qiymətləndirdiyini göstərir.

Tələbələrin uğurlarının təhsil aldıqları ali məktəblər tərəfindən dəyərləndirilməsi, şübhəsiz ki, son dərəcə vacibdir. Lakin bu uğurların universitet divarlarını aşaraq, cəmiyyət və media tərəfindən də tanınması, gənclər üçün daha geniş bir motivasiya mənbəyinə çevrilir. Belə tanınma, tələbələri yeni nailiyyətlərə, daha yüksək zirvələrə doğru ruhlandırır və onların gələcək fəaliyyətinə əlavə stimul verir.

Artıq üç ildir ki, AzEdu.az Təhsil Portalı tərəfindən həyata keçirilən bu layihənin əsas məqsədi də məhz bundan ibarətdir. Tələbələrin bilik və bacarıqlarını önə çıxarmaq, onların səsini daha geniş ictimaiyyətə çatdırmaq. Layihənin gələcək perspektivi isə, şübhəsiz, onun əhatə dairəsini genişləndirərək Azərbaycanın bütün universitetlərini bu təşəbbüsə cəlb etməkdir".

Sonda isə “Brend tələbə”lərə təltifnamələri təqdim olunub və xatirə şəkli çəkilib.

2024-2025-ci tədris ili üzrə Azərbaycan İlahiyyat İnstitutunun "Brend tələbə" statusuna layiq görülmüş gəncləri aşağıdakılardır:

Emil Qasımov- İlahiyyat fakültəsinin tələbəsi;

Murad Zalov - İlahiyyat fakültəsinin tələbəsi;

Cəlal Cəfərli  - İlahiyyat fakültəsinin tələbəsi;

Reyhan Şirinova  - İslamşünaslıq ixtisasının tələbəsi;

Qismət Rzayev - İlahiyyat fakültəsinin tələbəsi;

Zəhra Eyvazova -İlahiyyat fakültəsinin tələbəsi;

Məryəm Əzizova - İlahiyyat fakültəsinin tələbəsi;

Zeynəb Xəlilli - İlahiyyat fakültəsinin tələbəsi; 

Səidə Mirsalamova- İlahiyyat fakültəsinin tələbəsi;

Turqay Qurbanov - İlahiyyat fakültəsinin tələbəsi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Oktyabr 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see469

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see222

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see218

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see203

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see200

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see189

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see185

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see170

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see163

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see157

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see157

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see153

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see148

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see148

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see142

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see139

Alimlər xəbərdarlıq edirlər: Vəba bioloji silah kimi istifadə oluna bilər

28 Yanvar 2026 04:11see137

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see136

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri