Icma.az
close
up
RU
Gömrük Akademiyasının Brend tələbə ləri mükafatlandırılıb FOTOLAR

Gömrük Akademiyasının Brend tələbə ləri mükafatlandırılıb FOTOLAR

Modern.az saytına istinadən Icma.az xəbər verir.

AzEdu.az Təhsil Portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir.

Noyabrın 25-də AzEdu.az və Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) birgə təşkilatçılığı ilə burada təhsil alan “Brend tələbə”lər təltif ediliblər.

Tədbirdə AzEdu.az Təhsil Portalının direktoru Ləman Novruzova, müxbiri Esmira Əliyeva, portalın PR meneceri Gülnarə Məmmədova, Akademiyanın rəis müavinləri Cəmilə Namazova, Anar Süleymanov, Katibliyin rəisi Azər Seyidov, Tədris-metodiki işin təşkili şöbəsinin rəisi İslam Hüseynov, Monitorinq və qiymətləndirmə şöbəsinin rəisi Əbilxan İsayev və həmin statusa layiq görülmüş tələbələr iştirak ediblər.

Mükafatlandırma mərasimi Cəmilə Namazovanın nitqi ilə başlayıb.

O, “Brend tələbə” layihəsinə görə AzEdu.az-a təşəkkürünü bildirib, gəncləri təbrik edib və hər birinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb:

"Hər ali təhsil müəssisəsinin özünəməxsus keyfiyyət kateqoriyalarını əks etdirən seçilmiş tələbələri olur. Layihəyə əsasən həmin təhsilalanlar “Brend tələbə” olaraq seçilirlər. Necə ki, hər hansı bir məhsul istehsal edilərkən onun keyfiyyət göstəriciləri birləşdirilərək ölkəni təmsil etməyə hazırlayırlar və belə məhsul brend məhsulu adlanır, eləcə də təhsil sistemində “Brend tələbə”lər həmin ali təhsil müəssisəsini bütün keyfiyyət kateqoriyalarında təmsil edən tələbələrdir. Onlar təhsil, tərbiyə, bacarıq və şəxsi keyfiyyətlər baxımından yüksək səviyyəyə malik olduqları üçün mükafatlandırılırlar.

Sözün düzü, akademiyamızda bu layihəyə layiq tələbələrimiz çoxdur. Lakin bu gün biz həmin tələbələrin ən yaxşılarını seçməyə çalışırıq. Hesab edirəm ki, bu tələbələr həm Azərbaycanda, həm də xaricdə müxtəlif tədbirlərdə ölkəmizi layiqincə təmsil etmək iqtidarına malikdirlər. “Brend tələbə” adını qazanmış bütün tələbələrimizi bir daha təbrik edirəm və gələcəkdə də qarşılarına qoyduqları planları uğurla həyata keçirərək Azərbaycanı və akademiyamızı layiqincə təmsil etmələrini arzu edirəm".

Daha sonra çıxış üçün Ləman Novruzovaya söz verilib. O, “Brend tələbə”adına layiq görülən tələbələri təbrik edib:

“Yüzlərlə tələbə arasından seçilən 10 nəfərdən biri olmaq həm böyük fəxr, həm də ciddi məsuliyyətdir. Bu, təhsil aldığınız ali məktəbin göstərdiyiniz əzmi, bacarığınızı və nailiyyətlərinizi yüksək qiymətləndirdiyinin açıq göstəricisidir. “Brend tələbə” adına layiq olmanız təsadüf deyil. Bu, zəhmətinizin və yüksək keyfiyyətlərinizin nəticəsidir. İnanıram ki, gələcəkdə də bu etimadı doğruldacaq, uğurlarınızı daha da artıracaqsınız. 

Artıq 3 ildir ki, AzEdu.az Təhsil Portalı bu layihəni uğurla həyata keçirir. İlk illərdə 20 universitetin iştirak etdiyi layihəyə bu dəfə 29 ali məktəb qoşulub. Qarşıdakı məqsədimiz isə Azərbaycanın bütün universitetlərini bu təşəbbüs ətrafında birləşdirməkdir. Bu görüşə qatıldığınız üçün hər birinizə təşəkkür edir, həyatınızda yeni uğurlar arzulayıram".

Akademiyanın rəis müavini Anar Süleymanov isə tələbələrin hər birinin müəyyən meyarlara cavab verən uğurlarından danışıb, onları təbrik edib:

"Bu layihə yalnız sertifikatın təqdim edilməsi və 10 tələbənin digər tələbələrdən seçilərək mükafatlandırılması ilə bağlı deyil, eyni zamanda müxtəlif təhsil müəssisələrindən seçilmiş tələbələr arasında şəbəkələşməyə də imkan yaradacaq. 10 tələbədən biri olmaq həm xoşbəxtlik, həm də böyük fürsətdir. Bütün tələbələrimizi təbrik edir, sizlərə isə ayrıca təşəkkürümü bildirirəm.

Növbəti mərhələdə tələbələr hər biri özləri barədə qısa məlumat veriblər.

Sonda isə “Brend tələbə”lərə təltifnamələri təqdim olunub və xatirə şəkli çəkilib.

2024-2025-ci tədris ili üzrə Dövlət Gömrük Komitəsinin Akademiyasının "Brend tələbə" statusuna layiq görülmüş gəncləri aşağıdakılardır:

Məsumə Cəbrayılzadə-Hüquqşünaslıq ixtisasının tələbəsi;

Aybəniz Gözəlova-Hüquqşünaslıq ixtisasının tələbəsi;

Ləman Əlicanova-Hüquqşünaslıq ixtisasının tələbəsi;

Ayla Ədilova-Hüquqşünaslıq ixtisasının tələbəsi;

Toğrul İsmayılov-Beynəlxalq ticarət va logistika ixtisasının tələbəsi;

Osman Müşəyev-Beynəlxalq ticarət va logistika ixtisasının tələbəsi;

Zaur Həsənxanlı- İqtisadiyyat ixtisasının tələbəsi;

Asif Əkbərli- İnformasiya təhlükəsizliyi ixtisasının tələbəsi;

Sineyvər Əhmədova-İnformasiya texnologiyaları ixtisasının tələbəsi;

Ellada Abdinova-Beynəlxalq ticarat va logistika ixtisasının tələbəsi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Noyabr 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see206

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see203

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see191

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see155

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see150

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see150

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri