BANM tələbələrinin BullyGuard startapı ən yaxşı layihə seçildi
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 27 yanvar, AZƏRTAC
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrinin startapı “BullyGuard” “IE Business School”da təmsil olunacaq.
BANM-dən AZƏRTAC-a bildirilib ki, "BullyGuard" SABAH.HUB tərəfindən təşkil edilən “IE Business School” inkubasiya proqramına qəbul edilən 21 startapdan biri olub. Üç ay davam edən proqram çərçivəsində “IE Business School”un təcrübəli heyəti tərəfindən keçirilən sessiyalar zamanı tələbələr startapın inkişaf etdirilməsi üçün dəyərli biliklər əldə ediblər.
Komandanın elmi rəhbəri Ali Məktəbin İnnovasiya və Tədqiqatlar Mərkəzinin rəhbəri Emiliya Əhmədova, üzvləri isə proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının tələbələri Zahid Abdullayev, Rəna İsayeva, Qurban Quliyev və kompüter mühəndisliyi ixtisasının tələbəsi Banu Əlilidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 27 Yanvar 2025 10:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















