DSMF nin hesabatlarında 122 milyon manatlıq vəsait əks olunmayıb
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2025-ci il üzrə daxilolma və xaricolma hesabatlarında investisiya fəaliyyətindən əldə edilmiş gəlirlərlə bağlı 122.2 milyon manatlıq vəsaitin əks etdirilmədiyi müəyyən olunub.
Bizim.Media Hesablama Palatasına istinadən xəbər verir ki, DSMF-nin gəlir və xərclərinin auditi zamanı toplanmış sübutların və maliyyə hesabatlarındakı göstəricilərin təhlili bəzi daxilolmaların hesabatlara daxil edilmədiyini üzə çıxarıb.
Belə ki, 2025-ci ildə investisiya fəaliyyətindən əldə edilmiş gəlirlər üzrə vəsaitlər daxilolma və xaricolma hesabatlarında tam əks etdirilməyib. Nəticədə müvafiq göstəricilər 122.2 milyon manat az göstərilib.
Hesablama Palatası vurğulayıb ki, bu nöqsan əvvəlki audit zamanı da müəyyən edilib və 2025-ci ildə təkrarlanıb.
Qurumun qiymətləndirməsinə görə, DSMF-nin, eləcə də İşsizlikdən Sığorta Fondunun investisiya fəaliyyəti üzrə gəlir və xərclərinin müvafiq fondların büdcələrində tam əks etdirilməməsi icmal büdcənin göstəricilərinə də təsir göstərir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 16 Noyabr 2026 14:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















