Icma.az
close
up
RU
Banqladeş Beynəlxalq Cinayət Tribunalı Şeyx Hasinanın həbsinə order verdi

Banqladeş Beynəlxalq Cinayət Tribunalı Şeyx Hasinanın həbsinə order verdi

Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Banqladeş Beynəlxalq Cinayət Tribunalı keçmiş baş nazir Şeyx Hasinanın soyqırımı və insanlığa qarşı cinayətlər ittihamı ilə həbsinə order verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Times of India” qəzeti məlumat verib.
Məlumata görə, hakimiyyət istintaq orqanlarına dekabrın 17-dək Şeyx Hasina və ölkənin keçmiş hökumətinin 13 naziri, onların müşavirləri və siyasətçilərinin işinin istintaqını başa çatdırmağı əmr edib.
“Keçmiş baş nazir vəzifədə olduğu son 16,5 il ərzində ölkədə törədilən çoxsaylı qətllər, soyqırım aktları və insanlığa qarşı cinayətlərə görə məsuliyyət daşıyır”, - Banqladeşin baş prokuroru Məhəmməd Tacul İslam qeyd edib.
O, Şeyx Hasinanın Banqladeşdən qaçdığını və Hindistanda olduğunu xatırladıb.
“Hindistanla cinayətkarların ekstradisiyası ilə bağlı ikitərəfli razılaşmaya uyğun olaraq onun vətəninə qayıtmasını tələb edəcəyik”, - Tacul İslam bildirib.
Banqladeşin müvəqqəti Nazirlər Kabinetinin rəhbəri Məhəmməd Yunus hakimiyyətin Şeyx Hasinanın məsuliyyətə cəlb edilməsi üçün səy göstərməyə hazır olduğunu təsdiqləyib.
“Devrilmiş baş nazir Hindistanda siyasətlə məşğul olmaqda davam edir. Biz onun vətəninə qayıtması üçün yollar axtarmağa davam edəcəyik”, - Yunus “The Hindu”ya müsahibəsində deyib.
Onun hesablamalarına görə, iyul və avqust aylarında Banqladeşdə baş verən etirazlar və iğtişaşlar nəticəsində 1,5 minə yaxın insan həlak olub, 19,9 mindən çox insan yaralanıb.
Qeyd edək ki, avqustun 5-də hökumət əleyhinə nümayişlər fonunda Banqladeşin baş naziri Şeyx Hasina istefa verib və ölkəni tərk edib. O, həmin gün Hindistana uçub və Hindistan rəsmilərinin dediyi kimi, o indi təhlükəsiz yerdədir. Avqustun 8-də Banqladeşdə Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusun rəhbərlik etdiyi müvəqqəti hökumət and içib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 19 Noyabr 2024 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri