Banqladeş paytaxtında baş verən iğtişaşlarda azı 50 nəfər xəsarət alıb
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Banqladeşdə sabiq baş nazir Şeyx Həsinəyə ölüm hökmünün elanından sonra baş verən iğtişaşlarda azı 50 nəfər, o cümlədən polis əməkdaşları və hərbçilər xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə "Dhaka Tribune" qəzeti məlumat yayıb.
İğtişaşlar Dəkkədə başlayıb. Burada Şeyx Həsinənin atası – respublikanın qurucusu hesab edilən Şeyx Mucibur Rəhmanın keçmiş iqamətgahı yerləşən muzey var.
Müxtəlif universitetlərin yüzlərlə tələbəsi muzey binasını sökmək niyyətində olduqlarını bildiriblər. Onlar iki buldozer gətiriblər. Polis aksiya iştirakçılarının muzey ərazisinə daxil olmasına mane olmaq üçün baryerlər qurub. Kütləni dağıtmaq üçün hüquq-mühafizə orqanları gözyaşardıcı qaz və səs bombalarından istifadə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 18 Noyabr 2025 00:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















