Icma.az
close
up
RU
Baqadan Azərbaycan millisi ilə oyuna dair açıqlama

Baqadan Azərbaycan millisi ilə oyuna dair açıqlama

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

Belaruslu mütəxəssis Aleksey Baqa Belarus millisinin Tacikistan və Azərbaycan yığmaları ilə keçirəcəyi yoldaşlıq oyunları barədə fikirlərini bölüşüb.

QOL.az xəbər verir ki, o, bu haqda Belarusun football.by saytına danışıb.

2021/22 mövsümündə “Sumqayıt”da baş məşqçi işləmiş mütəxəssis ölkəsinin millisinin bu ay Tacikistan və Azərbaycan komandası ilə keçirəcəyi yoxlama matçları barədə danışarkən deyib:

“Bu o vəziyyətdir ki, istəklərimizla imkanlarımız üst-üstə düşmür. Hazırda Norveç, Çexiya və ya Slovakiya ilə oynamaq üçün ölkədən kənara çıxmaq, viza almaq, nəqliyyat məsələlərini həll etmək lazımdır. Bu baxımdan Düşənbəyə getmək daha asandır və düşünmürəm ki, oradakı rəqib daha zəif olacaq.

Üstəlik, heyətimizdə nə qədər yeni oyunçunun olduğunu nəzərə alsaq, indiki rəqiblərimiz bizim üçün ideal seçimdir. Çünki yüksək liqanın ilk turundan sonra Norveçə gedib beş qol buraxmaq və milli komandaya yeni qoşulan futbolçuların özünəinamını sarsıtmaq, məncə, ən yaxşı variant deyil.

Təbii ki, istənilən futbolçu və məşqçi səviyyəli rəqiblərlə oynamaq və təcrübə qazanmaq istəyir. Bu, əladır. Özüm də bunu yaşamışam. Amma indiki vəziyyətdə Tacikistan və Azərbaycana qarşı oyunlardan maksimum fayda əldə etmək lazımdır.

Bəlkə də elə məhz indi bizə güc baxımından bərabər rəqiblərlə oynamaq lazımdır ki, futbolçularımız özlərinə inam qazansınlar. Üstəlik, bu, yeni bir coğrafiyadır, gözəl stadionlar var – bunu öz təcrübəmdən bilirəm. Hər halda, komandamız üçün asan olmayacaq”.

Xatırladaq ki, Azərbaycan - Belarus matçı martın 25-də Masazır qəsəbəsi stadionunda keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://qol.az
archiveBu xəbər 05 Mart 2025 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see320

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see310

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see256

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see256

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see243

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see243

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see240

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see237

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see230

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see228

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see227

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see223

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see217

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see214

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see214

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see204

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see201

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see199

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri