Barəsində hökm çıxarılan Türkiyənin Van bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılıb
Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin Daxili İşlər Nazirliyi şənbə günü, fevralın 15-də ölkənin şərqindəki Van şəhərinin bələdiyyə sədri Abdullah Zeydanı müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırdığını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Van yerli hökumətinin başçısı səlahiyyətlərini icra etmək funksiyası vilayətin valisi Ozan Balcıya həvalə edilib.
Daxili İşlər Nazirliyi Diyarbəkir 5-ci Ağır Cinayətlər Məhkəməsinin fevralın 11-də Abdullah Zeydanı “Silahlı terror təşkilatına bilə-bilə yardım etmək” maddəsi ilə 3 il 9 ay müddətinə azadlıqdan məhrum etdiyi hökmünə istinad edib.
“Qərar Türkiyə Konstitusiyasının 127-ci maddəsinə və “Bələdiyyə Təşkilatları haqqında” Qanunun müvafiq müddəalarına uyğun olaraq qəbul edilib”, - deyə nazirlikdən bildirilib.
Vali Ozan Balcı artıq şəhər bələdiyyəsinin sədri vəzifəsinin icrasına başlayıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 15 Fevral 2025 14:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















