Barış Göktürk, Ali Koç un Fənərbağçaya cibindən verdiyi böyük məbləği açıqladı
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Fənərbağça Futbol AŞ İdarə Heyətinin üzvü Barış Göktürk, prezident Ali Koçun kluba etdiyi maliyyə yardımları barədə açıqlama verib. Ali Koç-un Fənərbağçaya bağışladığı pulu açıqlayan Göktürk, onun sponsorluqlar xaricində şəxsi hesabından Fənərbağçaya 130 milyon avrodan çox vəsait ayırdığını bildirib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Barış Göktürk, Ali Koç-un Fənərbağçaya şəxsi hesabından 130 milyon avrodan çox pul verdiyini bildirərək deyib:
"Bu məbləğ Türkiyə mühasibat standartlarına uyğun şəkildə hesabatlara daxil edilir. Prezidentimizin 70 milyon avro alacağı var, lakin o, bu alacağından ictimaiyyət qarşısında imtina etdi."
Bankalar Birliyindən çıxma prosesinə də toxunan Barış Göktürk deyib:
"Fənərbağça istəsə, elə bu gün Bankalar Birliyindən çıxa bilər. Biz ən doğru, ən əlverişli və klubumuzun mənafeyinə uyğun şəkildə bu prosesdən çıxmağı hədəfləyirik."
Fənərbağçanın ümumi borcunun 25 milyard olduğu iddialarına cavab verən Göktürk bunları söyləyib:
"Fənərbağçanın 25 milyard borcu yoxdur. 31 may 2025 maliyyə hesabatlarında klubun maliyyə və ticarət nağd borcunun ümumi məbləği 223 milyon avrodur. Yəni 10 milyard lirənin altındadır."
Lalə Qüdrətova
Milli.Az
Baxış sayı:90
Bu xəbər 15 Avqust 2025 21:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















