Icma.az
close
up
RU
Monqolustanda Göktürk kitabəsi aşkar edildi KONKRET

Monqolustanda Göktürk kitabəsi aşkar edildi KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyə Akademiyası Monqolustan Elmlər Akademiyasının Arxeologiya İnstitutu ilə birlikdə 2019-cu ildən Monqolustanın Arhangay bölgəsindəki Nomqon vadisində arxeoloji qazıntılar aparır. 2022-ci ildə Nomqon-2 Memorial Kompleksində aparılan qazıntılar zamanı digər mühüm tarixi əsərlərlə yanaşı Göktürk və Soğd yazıları olan kitabənin yuxarı hissəsi aşkar edilib. Bu kitabənin oxunması nəticəsində Göktürk xətti ilə həkk olunmuş 12 sətirlik mətn (“Qutluq Kağan Türk… Tanrı oğlu…”) və soğdca yazılmış 6 sətirlik mətn (“Qutluq Kağan…”)  müəyyənləşib. Bu tapıntılar abidə kompleksinin xanın şərəfinə tikildiyi fikrinə elmi əsas verir. 

2023-cü ildə yazının aşağı hissəsi Türkiyə Akademiyası və Monqolustan Elmlər Akademiyası Arxeologiya İnstitutunun birgə işi ilə aşkar edilib. Lakin aşağıdakı Göktürk yazısı xeyli zədələnib və oxunmaz hala düşüb. Xoşbəxtlikdən, kitabənin arxa tərəfindəki Çin mətni qismən qorunub saxlanılır və oxunaqlıdır.

Aşkar edilmiş yazının təqdimatı 2024-cü ildə Ulan-Batorda Türkiyə Akademiyasının Arxeologiya İnstitutu və Monqolustan Elmlər Akademiyası tərəfindən edilib. Çin mətnini deşifrə etmək üçün  Monqolustan Universitetinin mütəxəssisləri professor Borjigitai Muren,  Chui Ning və Şəkər dəvət olunub. Yazının altındakı Çincə mətn yuxarıdan aşağıya doğru, sətirlər sağdan sola düzülmüş şəkildə yazılmışdır. 3-cü sətirdən 8-ə qədər olan hissə qismən oxunur. Yazının aşağı hissəsində hər sətirdə təxminən 24 heroqlif olmaqla (ümumilikdə təqribən 290-300 heroqlif) olmaqla cəmi 15 sətir var. 2025-ci ilin yanvar ayından etibarən  Monqolustan Universitetinin mütəxəssislərinin işi nəticəsində yazının altındakı Çincə mətnin bir hissəsini oxumaq mümkün olub. Xüsusilə 4-cü sətirdə “türk” sözü və “Kutluq” başlığı (Çin tələffüzü: “Qu-du-lu”) müəyyən edilmişdir.  Türkiyə Akademiyasının Arxeologiya İnstitutu və Monqolustan Elmlər Akademiyası Nomqon-2 Xatirə Kompleksinin Göktürklər dövrünə aid olduğu və böyük ehtimalla İkinci Türk Xaqanlığının qurucusu İlterişin şərəfinə inşa edildiyi qənaətindədirlər. Nomqon vadisində Türkiyə Akademiyası və Monqolustan Elmlər Akademiyası Arxeologiya İnstitutunun birgə arxeoloji qazıntıları davam etdiriləcək.

Vəli Həsənoğlu,

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:203
embedMənbə:https://konkret.az
archiveBu xəbər 13 Yanvar 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see276

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see196

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see195

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see193

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see186

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see184

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see184

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see183

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see183

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see182

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see181

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see181

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see178

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see178

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see177

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see176

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see174

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see174

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see173

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri