Barselona Çempionlar Liqasında 10 ildən sonra ardıcıl altı oyunda qələbə qazanıb
Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.
İspaniyanın "Barselona" klubu 2015-ci ildən sonra ilk dəfə UEFA Çempionlar Liqasında (ÇL) ardıcıl altı oyunda qələbə qazanıb.
"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası məlumat yayıb.
Kataloniya təmsilçisi sonuncu dəfə 10 il əvvəl belə seriyaya malik olub.
Hans-Diter Flikin baş məşqçisi olduğu kollektiv altı matçın hər birində üç və daha çox qol vurub. Bu isə ÇL tarixində 3-cü belə seriyadır.
2019/2020 mövsümündə Almaniyanın "Bavariya" klubu məhz Flikin rəhbərliyi altında 6 qarşılaşmanın hər birində üç və daha çox qolla yadda qalıb.
Qitənin bir nömrəli turnirində rekord İngiltərənin "Mançester Siti" komandasına məxsusdur. "Şəhərlilər" Xosep Qvardiolanın rəhbərliyi altında 9 görüşdə 3 və daha çox qol vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 22 Yanvar 2025 10:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















