Barselona nın super ulduzu Lamin Yamal pasportunu itirib və evə qayıda bilmir
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
Kataloniyanın "Barselona" klubunun və İspaniya millisinin yarımmüdafiəçisi Lamin Yamal 2026-cı il dünya çempionatının seçmə turnirinin Türkiyə millisi ilə matçından sonra pasportunu itirib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Allfootballapp" nəşri məlumat verib.
Məlumata görə, futbolçu oyunun keçirildiyi Konya şəhərində ilişib qalıb və şəxsiyyətini təsdiq edən sənəd olmadan evinə uça bilmir.
Qeyd edək ki, Türkiyə və İspaniya milli komandaları arasında "Medaş Konya Büyükşəhər" stadionunda keçirilən oyun qonaqların 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qaliblərin heyətində hit-treki "Arsenal"ın yarımmüdafiəçisi Mikel Merino reallaşdırıb.
"Barselona"nın yetirməsi olan Lamin Yamal 2024/25 mövsümündə La Liqada "Barselona"nın heyətində 35 oyun keçirib, 9 qol vurub və 13 məhsuldar ötürmə edib, komanda ilə çempionluq və İspaniya kubokunu qazanıb. 2024-cü ildə futbolçu İspaniya millisinin heyətində Avropa çempionatının qalibi olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 08 Sentyabr 2025 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















