Barselona Qabriel Jesusun transferi üçün Arsenal la danışıqlara başlayıb
Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.
İspaniyanın "Barselona" klubu İngiltərə "Arsenal"ının hücumçusu Qabriel Jesusun transferi üçün mübarizəyə qoşulub.
"Mundo Deportivo" xəbər verir ki, Kataloniya təmsilçisi 29 yaşlı braziliyalı futbolçunun keçidi ilə bağlı artıq danışıqlara başlayıb.
"Barselona"nın əsas hədəfi uzun müddət Xulian Alvares olsa da, Madrid "Atletiko"su hücumçunu Kataloniya klubuna satmaqdan imtina edib. London təmsilçisi isə transfer pəncərəsi bağlanana qədər forvardla yollarını ayırmağa hazırdır. Daha əvvəl İtaliyanın "Napoli" klubunun da bu keçiddə maraqlı olduğu bildirilirdi.
Qeyd edək ki, Q.Jesus 2022-ci ilin yayından "Arsenal"da çıxış edir. Onun klubla müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.
///report///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 30 Avqust 2026 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















