Icma.az
close
up
RU
“Barselona”nın böhranı davam edir

“Barselona”nın böhranı davam edir

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

La Liqada çempionluq intriqası bərpa olundu. Buna son üç oyunda yalnız 1 xal qazanan “Barselona” şərait yaratdı. Artıq “Real” ilə yanaşı, “Atletiko” da zirvəyə iddiasını gizlətmir. Təbii ki, hesabat turunun maraqlı məqamları təkcə Kataloniya nəhənginin gözlənilməz məğlubiyyətindən ibarət deyil.

Evdə “Las-Palmas”a uduzan “Barselona” ardıcıl 3-cü oyunda xal itirdi. Kataloniyalılar 2021-ci ildən bəri belə aqibət yaşamırdı. Özü də klubun 125 yaşını qeyd edəndən cəmi bir gün sonra belə acı məğlubiyyətlə üzləşməsi heç yerinə düşmədi. Kataloniyalıları uzun illər ərzində münasibətlərinin yaxşı olmadığı “Las Palmas”ın məğlub etməsi də bir başqa dərddi. “Las Palmas” “Barsa”nı 1986-cı, səfərdə isə 1972-ci ildən bəri məğlub edə bilmirdi. Və budu, tarix yenidən yazılır. Oyun futbol estetikası baxımından heç də effektli alınmadı. Qarışıqlıq, mübarizə, top itkiləri, pauzalar... “Barsa” heç cür öz oyun üslubunu yeridə bilmədi, “Las Palmas” isə həm də bəxtin sayəsində fədakarcasında müdafiə olundu, əks-hücumlarda şans axtardı. Belə əks-hücumların sayı o qədər çox olmasa da, Ramireslə Fabio Silvanın fərqlənməsi üçün kifayət etdi. “Barselona”nın heyətində Rafinya fərqləndi.
Kataloniyalılar daha bir neçə qol imkanını əldən verdi. Onlar indi heç də ən yaxşı dönəmini yaşamır. Böhranın nə qədər davam edəcəyi də bilinmir.
Təbii ki, “Real” “Barsa”nın hədiyyəsindən yararlanmaya bilməzdi. 16 ildən artıqdı evdə “Xetafe”yə uduzmayan Madrid nəhəngi bu dəfə də ənənəni pozmadı. Bəlkə də meydan sahibləri müəyyən çətinlik çəkəcəkdi. Ancaq ilk yarının ortalarında Rüdigeri yerə sərən Nyom penaltiyə səbəbkar oldu. Ardından “Xetafe”nin daha bir oyunçusu – İqlesias da kobud səhvə yol verdi. Mbappe qonaqları 2-ci dəfə cəzalandırdı. Fasilədən sonra oyun bərabərləşdi. “Real”dan Mbappe bir-birinin ardınca imkanları qaçırdısa, “mavilər”in, sadəcə, bəxti gətirmədi. Uçe ilə Patrikin zərbələrindən sonra qapı çatı Kurtuanın köməyinə çatdı. Əlbəttə, “Real” da dəfələrlə 3-cü qolu vurmağa yaxın oldu. Ancaq Mbappedə hər dəfə nəsə çatmadı, digər oyunçuların zərbələrinin öhdəsindən isə Soriya gəldi. “Xetafe”nin qapıçısını bu məğlubiyyətə görə qətiyyən qınamaq olmaz. Bordalasın yetirmələri hücumda bir qədər də inadkar olsaydılar, qollar vuracaqdılar. Nəticə isə budu ki, növbəti qələbəsini qazanan “Real” itirilməyən xallara görə artıq “Barsa”dan irəlidədi.
Madridin digər nəhəngi də inamlı qələbə qazandı. “Atletiko” səfərdə “Valyadolid”i darmadağın etdi. Bu, “hindular”ın bütün turnirlər çərçivəsində ardıcıl 7-ci qələbəsidi. Hesabı 26-cı dəqiqədə “Atletiko”da ilk qolunu vuran Lanqle açdı. Maraqlıdı ki, fransalı La Liqada sonuncu dəfə də elə bu stadionda 4 il əvvəl – “Barselona”nın oyunçusu kimi fərqlənmişdi. 11 dəqiqə sonra hesab artıq 0:3 oldu. Qrizmann 52-ci dəqiqədə 4-cü qolu vurandan sonra meydan sahibləri bir qədər fəallaşdı. Hətta Sançesin uzaqdan zərbəsi tirdən döndü. Ancaq oyunda son nöqtəni də “hindular”, daha dəqiqi, Sörlot qoydu. Paulo Petsolanonun çalışdırdığı “Valyadolid” 2010-cu ilin aprelindən bəri ilk dəfə 7 ev oyununda qələbə qazana bilməyib. Düzdü, bu məğlubiyyət uruqvaylı mütəxəssisə baha başa gəldi – oyundan dərhal sonra qovuldu. Pessolano “Valyadolid”i ötən ilin aprelindən çalışdırırdı. Komanda məhz onun rəhbərliyi altında elitaya qayıtmışdı.
“Real Sosyedad” evdə “Betis”i məğlub etməyi bacardı. Hər iki komanda avrokubok oyunlarının yorğunluğu fonunda çox solğun təsir bağışladı. “Real Sosyedad”ın sabiq müdafiəçisi Dieqo Lyorente 14-cü dəqiqədə qapıların yerini salmaqla bir növ keçmiş komandasına yardım göstərdi. 15 dəqiqə sonra isə qonaqlar penalti ilə cəzalandırıldı. “Zərərçəkən” Oyarsabal penaltini qola çevirməklə oyunun taleyini həll etdi.
Turun qalan oyunlarına gəlincə, “Espanyol” 4 oyunluq məğlubiyyət seriyasını “Selta” ilə qarşılaşmada qırdı. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Vilyarreal” evdə “Jirona” ilə heç-heçə etdi. Kataloniyalıları məğlubiyyətdən 7-ci uzatma dəqiqəsində Kreyçi qurtardı. “Sarılar” bütün turnirlər çərçivəsində keçirdiyi son 6 oyunda uduzmayıb. “Atletik” səfərdə “Rayo Valyekano”ya, “Malyorka” isə evdə “Valensiya”ya qalib gəldi. “Alaves” – “Leqanes” oyunu məhsuldar heç-heçə ilə bitdi. Turun dünən axşam keçirilən son oyununda “Sevilya” “Osasuna”ya qalib gələ bilmədi – 1:1.
15-ci tur
Barselona – Las Palmas 1:2
Rafinya, 61 – Ramires, 49. F.Silva, 67. (43921)
Barselona: Penya, Balde (Martin, 26), Martines, Kubarsi (Viktor, 90+2), Kunde (Fort, 46), Pedri, Qavi (De Yonq, 57), Lopes (Torres, 57), Torre (Yamal, 46), Rafinya, Levandovski.
Real – Xetafe 2:0
Bellingem, 30-p. Mbappe, 38. (74341)
Real: Kurtua, F.Qarsiya, Rüdiger, Asensio, Vaskes, Bellingem (Gülər, 46), Sebalyos, Valverde, Dias, Rodriqo (Modriç, 67), Mbappe.
Valyadolid – Atletiko 0:5
Lanqle, 26. Alvares, 35. De Paul, 37. Qrizmann, 52. Sörlot, 90+2. (23482)
Atletiko: Oblak, Qalan (Mandava, 46), Lanqle, Ximenes, M.Lyorente, Qallaher, Barrios (Lino, 79), De Paul (Koke, 64), Simeone, Alvares (Korrea, 64), Qrizmann (Sörlot, 64).
Real Sosyedad – Betis 2:0
D.Lyorente, 14-öz qapısına. Oyarsabal, 31-p. (28119)
Espanyol – Selta 3:1
Kardona, 40. Kabrera, 53. Şeddira, 87 – Aspas, 82-p. (43291)
Vilyarreal – Jirona 2:2
Barri, 23. Baena, 46 – Van de Beek, 66. Kreyçi, 90+7. (17732)
Rayo Valyekano – Atletik 1:2
Nteka, 14 – Sanset, 65; 78. (17732)
Malyorka – Valensiya 2:1
Larin, 45+3. Prats, 81 – Rioxa, 32-p. (17717)
Alaves – Leqanes 1:1
Visente, 87 – Rodriges, 67. (16881)
Sevilya – Osasuna 1:1
Lukebakio, 72 – Budimir, 69. (31536)
1. Barselona 15 11 1 3 43-16 34
2. Real 14 10 3 1 30-11 33
3. Atletiko 15 9 5 1 26-8 32
4. Atletik 15 7 5 3 22-14 26
5. Vilyarreal 14 7 5 2 27-23 26
6. Malyorka 15 7 3 5 15-13 24
7. Osasuna 15 6 5 4 20-23 23
8. Jirona 15 6 4 5 22-20 22
9. Real Sosyedad 15 6 3 6 13-11 21
10. Betis 15 5 5 5 16-18 20
11. Sevilya 15 5 4 6 14-19 19
12. Selta 15 5 3 7 23-27 18
13. Rayo Valyekano 14 4 4 6 14-16 16
14. Leqanes 15 3 6 6 14-20 15
15. Las Palmas 15 4 3 8 20-26 15
16. Alaves 15 4 2 9 16-25 14
17. Xetafe 15 2 7 6 10-13 13
18. Espanyol 14 4 1 9 15-27 13
19. Valensiya 13 2 4 7 13-21 10
20. Valyadolid 15 2 3 10 10-32 9
Bombardirlər: Levandovski (Barselona) – 15, Rafinya (Barselona), Budimir (Osasuna) - 9.
Növbəti turun oyunları dekabrın 6-9-u aralığında keçiriləcək: Selta – Malyorka, Las Palmas – Valyadolid, Betis – Barselona, Valensiya – Rayo Valyekano, Jirona – Real, Leqanes – Real Sosyedad, Atletik – Vilyarreal, Osasuna – Alaves, Atletiko – Sevilya, Xetafe – Espanyol.
Turun rəqəmi
6 – cari mövsümdə “Real”la oyunlarda rəqiblərinin qapısına bu qədər penalti təyin olunub. Bellingem madridlilərin 6-cı penaltisini də qola çevirdi. Heç bir başqa komanda “Real”dan çox penalti qazanmayıb. O da maraqlıdı ki, indiyə qədər Ançelottinin komandası bir dəfə də belə cəzalanmyıb.
Turun ulduzu
Yasper Sillessen (Las Palmas) – niderlandlı qapıçı komandasının qələbəsi üçün əlindən gələni etdi. Dəfələrlə xilaskar oldu, çətin vəziyyətlərlə ustalğını göstərdi. Xüsusən də hava toplarına çıxışda çox inamlı təsir bağışladı. “Las Palmas” qələbəyə görə həm də ona minnətdar olmalıdı.
Turun sitatı
Dieqo Simeone, “Atletiko”nun baş məşqçisi:

“Titul uğrunda mübarizəyə gəlincə, biz özümüz-özümüzlə mübarizə aparırıq. Asan olmayacaq – “Real”, “Barselona”, “Vilyarreal”, “Atletik” kimi rəqiblərimiz var. La Liqa çətin turnirdi, hər oyun çətin keçir. Nə istədiyimizi dəqiq bilirik və hədəfə doğru irəliləyirik”.


Faktlar
* “Barselona” “Las Palmas”la oyunda La Liqada 14-cü dəfə topu qapı çatına vurmaqla bu özünəməxsus reytinqdə liderliyi möhkəmlətdi. Avropanın aparıcı liqalarında çıxış edən komandalardan “Bayer-04”, “Lill” və “Kalyari” bu göstəricidə kataloniyalılara daha yaxındı. Cari mövsümdə onların hər birinin 10 zərbəsi qapı dirəyindən və ya tirindən dönüb.
* “Barsa” 1986-cı ilin fevralından bəri ilk dəfə çempionatda “Las Palmas”a uduzdu. Həmin vaxt kataloniyalılar səfərdə darmadağın olmuşdu (0:3). Ardından keçirilən 17 oyundan 12-si “Barsa”nın qələbəsi ilə, 5-i isə heç-heçə bitmişdi.
Oyundan sonra
Hans-Diter Flik, “Barselona”nın baş məşqçisi:

“Bizim günümüz deyildi. Oyunun axarına nəzarət edəndə təhlükəli vəziyyətlər də yaradırıq, nəzarət edə bilməyəndə isə problemlə üzləşirik. Daha yaxşı müdafiə olunmalıyıq. Bu irad təkcə müdafiəçilərə yox, bütün komandaya aiddi. Qapıya 27 zərbə vurduq, rəqibin isə bir künc zərbəsi belə olmadı. Çox məyus olsaq da, bu nəticəni qəbul etməliyik. Futbolçularıma inanıram. Təbii ki, zədədən dönən bəzi oyunçular heç də ən yüksək səviyyədə oynamır. Düşünürəm ki, futbolçular özünə və göstərdiyimiz oyuna inanırlar. Bir, iki, üç futbolçu oyunu uda bilməz, komanda işi vacibdi”.


Karlo Ançelotti, “Real”ın baş məşqçisi:

“Haqq etdiyimiz qələbəni qazandıq. 75-ci dəqiqədən sonra eniş yaşamağımız normaldı. Çərşənbə günü axşam ÇL-də oynadıq, səhər saat 6-da İspaniyaya döndük, cümə axşamı məşq edə bilmədik. Bütün çətinliklərə rəğmən, “Real” mübarizə aparır. Düşərgədə əhval-ruhiyyə əladı, konsentrasiya yerindədi. Tədricən problemləri həll edirik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 12 Dekabr 2024 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see452

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see422

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see327

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see325

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see278

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see254

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see250

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see243

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see225

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see223

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see216

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see214

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see211

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see208

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see198

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see196

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see187

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see187

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see174

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri