“Barselona”nın iki futbolçusu yarışlardan kənarlaşdırıla bilər
Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İspaniyanın “Barselona” klubunun futbolçuları Dani Olmo və Pau Viktor cari mövsümün sonuna qədər bütün yarışlardan kənarlaşdırıla bilər.
Bu barədə La Liqadan bildirilib.
Yanvarda “Barselona” ev oyunlarını qəbul etdiyi “Kamp Nou” stadionunda VIP oturacaqların satılması ilə bağlı 100 milyon avroluq müqavilə bağlayıb. Bundan sonra hər iki futbolçunun mövsümün ikinci yarısı üçün qeydiyyatdan keçirilməsinə icazə verilib.
Ancaq yarışı təşkil edən qurum yenidən yoxlama aparıldıqdan sonra klubun mənfəət və zərər hesabatında gəlirin əksik olduğunu iddia edib.
Məsələ ilə bağlı İspaniyanın Ali İdman Şurası (CSD) tərəfindən aprelin 7-dək qərar veriləcəyi bildirilib.
Qeyd edək ki, “Barselona” hazırda La Liqanın turnir cədvəlində 66 xalla birincidir.
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 02 Aprel 2025 18:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















