“Barselona”nın sabiq prezidenti Messi ilə bağlı sözlərini geri götürüb
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
İspaniyanın “Barselona” futbol klubunun sabiq prezidenti Joan Qaspart Lionel Messi ilə bağlı əvvəlki açıqlamalarına münasibət bildirib.
İdman.Biz “Tuttomercatoweb” nəşrinə istinadən xəbər verir ki, keçmiş klub rəhbəri argentinalı ulduzu sərt tənqid etdiyinə görə həddini aşdığını etiraf edib.
Qaspart bir neçə gün əvvəl Messinin “Barselona” azarkeşləri ilə rəsmi vida mərasimini klub prezidenti Joan Laportaya görə təxirə salması ehtimalına kəskin reaksiya verib.
O, futbolçuya “Barselona”nın hər bir şəxsdən üstün olduğunu xatırladaraq, Messinin vida mərasimini Laporta vəzifədən gedənədək təxirə salacağı təqdirdə həmin tədbirə qatılmayacağını bildirib.
Lakin sabiq prezident indi əvvəlki sözlərinin həddindən artıq sərt olduğunu qəbul edib.
“Messidən üzr istəyəcəyəmmi? Övladlarımı onların xeyri üçün tənqid etdiyim zaman heç vaxt üzr istəməmişəm. Siz Messini nə qədər istəsəniz də sevə bilərsiniz, amma heç kim onu məndən çox sevmir. Ona mesaj göndərdim, çünki həqiqətən çox sevirəm. Həddimi aşdım. Sadəcə, “biz onu çox sevirik, amma “Barselona” hər şeydən üstündür” deməyim kifayət edərdi”, - deyə Qaspart bildirib.
Qeyd edək ki, 2000-2003-cü illərdə “Barselona”nın prezidenti olan Qaspart Messinin 13 yaşında Kataloniya klubuna keçdiyi dövrdə rəhbər vəzifədə çalışıb. Argentinalı futbolçu 2021-ci ildə “Barselona”dan ayrılıb. Onun hazırkı klub prezidenti Joan Laporta ilə münasibətlərindəki gərginlik isə Kataloniya təmsilçisində rəsmi vida mərasiminin təşkili ətrafında müzakirələrə səbəb olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 16 Oktyabr 2026 17:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















