Icma.az
close
up
RU
Azərbaycan Konstitusiyası ümumbəşəri dəyərlərə əsaslanır

Azərbaycan Konstitusiyası ümumbəşəri dəyərlərə əsaslanır

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Konstitusiyası ümumbəşəri dəyərlərə əsaslanır

12 noyabr tarixi müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşmasını, milli suverenliyin möhkəmləndirilməsini, insan və vətəndaş hüquq və azadlıqlarının ali dəyər kimi təsbit olunmasını, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsas prinsiplərinin müəyyən edilməsini özündə ehtiva edir.
Konstitusiya hər bir müstəqil dövlətin hüquqi təməli, siyasi və ictimai həyatının əsas istiqamətlərini müəyyən edən ali hüquqi sənədidir. Dövlətin idarəçilik sistemi, hakimiyyət orqanlarının səlahiyyətləri, vətəndaşların hüquq və vəzifələri, cəmiyyətlə dövlət arasındakı münasibətlər məhz Konstitusiya ilə tənzimlənir.
12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi – referendum yolu ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsi ölkəmizin müasir dövlətçilik tarixində yeni mərhələnin başlanğıcını qoymuşdur. Bu mühüm hadisə Azərbaycan xalqının öz dövlətinin gələcəyini müəyyən etmək, milli maraqlarını qorumaq və hüquqi dövlət quruculuğunu təmin etmək istiqamətində atdığı tarixi addım kimi xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra qarşıda duran ən mühüm vəzifələrdən biri müstəqil dövlətin hüquqi bazasının yaradılması, dövlət idarəçiliyinin yeni prinsiplər əsasında qurulması və ölkənin gələcək inkişaf istiqamətlərinin müəyyən edilməsi idi. Müstəqilliyin ilk illərində ölkədə mövcud olan mürəkkəb siyasi, iqtisadi və ictimai vəziyyət, dövlət idarəçiliyindəki çətinliklər, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, ərazi bütövlüyümüzə yönəlmiş təhdidlər və digər problemlər müasir tələblərə cavab verən yeni Konstitusiyanın qəbulunu zəruri edirdi. Belə bir şəraitdə Azərbaycan dövlətçiliyinin qorunması, siyasi sabitliyin təmin edilməsi, qanunun aliliyinin bərqərar olunması və müstəqil dövlət institutlarının formalaşdırılması əsas prioritetlərə çevrilmişdi.
1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkədə dövlət quruculuğu istiqamətində mühüm tədbirlər həyata keçirilməyə başlandı. Dövlət idarəçiliyinin möhkəmləndirilməsi, siyasi sabitliyin yaradılması, milli maraqların qorunması və hüquqi islahatların aparılması yeni Konstitusiyanın hazırlanması üçün zəruri şərait formalaşdırdı. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının hazırlanması və qəbul edilməsi Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil etmişdir.
2 iyun 1995-ci ildə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya yaradılmış və həmin komissiyaya Heydər Əliyev rəhbərlik etmişdir. Konstitusiya layihəsinin hazırlanması zamanı beynəlxalq hüququn ümumtanınmış prinsipləri, demokratik dövlətçilik təcrübəsi, insan hüquqlarının müdafiəsi mexanizmləri və Azərbaycan xalqının tarixi dövlətçilik ənənələri nəzərə alınmışdır. Geniş müzakirələrdən sonra hazırlanmış Konstitusiya layihəsi 1995-ci il noyabrın 12-də ümumxalq referendumuna çıxarılmış və xalqın iradəsi ilə qəbul edilmişdir. Bu hadisə müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğu tarixində fundamental əhəmiyyətə malik olmuş, ölkənin gələcək inkişafı üçün möhkəm hüquqi zəmin yaratmışdır.
Azərbaycan Respublikasının Konstitusiyası özünün məzmunu, hüquqi mahiyyəti və müəyyən etdiyi prinsiplərlə müasir demokratik dövlət quruculuğunun fundamental əsaslarını formalaşdırır. Konstitusiya preambulasında Azərbaycan xalqının dövlət müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətini inkişaf etdirmək, qanunun aliliyinə əsaslanan hüquqi və dünyəvi dövlət qurmaq, insanların layiqli həyat səviyyəsini təmin etmək kimi ali məqsədləri bəyan edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyası dövlətin hüquqi və siyasi sisteminin əsaslarını müəyyən etməklə yanaşı, cəmiyyətin bütün sahələrində hüquqi münasibətlərin tənzimlənməsi üçün fundamental baza rolunu oynayır.
Azərbaycan Respublikasının Konstitusiyasında insan hüquq və azadlıqlarına xüsusi yer ayrılması ölkəmizin demokratik dövlət quruculuğu istiqamətində seçdiyi inkişaf yolunun mühüm göstəricisidir. Konstitusiyanın III fəsli əsas insan və vətəndaş hüquq və azadlıqlarını, habelə onların təminatlarını əhatə edir. Bu hüquqlar şəxsi, siyasi, iqtisadi, sosial və mədəni hüquqları özündə birləşdirir. İnsan hüquqlarının müdafiəsi dövlətin əsas vəzifələrindən biri olmaqla, bütün dövlət qurumlarının və vəzifəli şəxslərin fəaliyyətində rəhbər tutulmalı olan prinsipdir.
Xüsusilə vurğulanmalıdır ki, Konstitusiya insan hüquqlarını yalnız bəyan etmir, həm də onların müdafiəsi üçün hüquqi mexanizmlər müəyyənləşdirir. Məhkəmələrə müraciət etmək, hüquqi müdafiədən istifadə etmək və qanunla nəzərdə tutulmuş digər vasitələrdən yararlanmaq bu mexanizmlərin mühüm tərkib hissəsidir. Konstitusiyanın 60-cı maddəsində hüquq və azadlıqların inzibati və məhkəmə təminatı təsbit olunmuşdur. Bu norma hər bir şəxsin hüquqlarının müdafiəsi baxımından mühüm hüquqi təminatdır.
Azərbaycan Respublikasının Konstitusiyası dövlət hakimiyyəti orqanlarının yaradılması, fəaliyyət istiqamətləri, səlahiyyətləri və qarşılıqlı münasibətlərinin hüquqi əsaslarını müəyyən edir. Milli Məclisin qanunvericilik fəaliyyəti, Prezidentin dövlət başçısı kimi səlahiyyətləri, Nazirlər Kabinetinin icra hakimiyyəti sistemində rolu, məhkəmə hakimiyyətinin müstəqilliyi və yerli özünüidarəetmə orqanlarının fəaliyyəti Konstitusiyanın müvafiq müddəaları ilə tənzimlənir.
Konstitusiya dövlət idarəçiliyində hüquqi müəyyənliyi təmin etməklə yanaşı, hakimiyyət orqanlarının öz səlahiyyətlərini aşmasının qarşısını almağa xidmət edən mühüm hüquqi çərçivə yaradır. Bu baxımdan, dövlət orqanlarının fəaliyyətində Konstitusiyanın müddəalarına əməl olunması, qəbul edilən qərarların qanunvericiliyə uyğunluğu və vətəndaşların müraciətlərinə qanun çərçivəsində baxılması hüquqi dövlət quruculuğunun əsas şərtlərindəndir. Konstitusiyanın aliliyi prinsipi bütün normativ hüquqi aktların ona uyğun olmasını tələb edir. Bu isə hüquq sisteminin vahidliyini və hüquqi münasibətlərin sabitliyini təmin edən əsas amillərdəndir.
Azərbaycan Respublikasının Konstitusiyasında dövlətin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması fundamental konstitusion məqsədlər kimi təsbit edilmişdir. Ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün qorunması dövlətin əsas vəzifələrindən biri olmaqla, milli təhlükəsizliyin, sabitliyin və gələcək inkişafın hüquqi təminatını təşkil edir.
Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbə və 2023-cü ilin sentyabrında həyata keçirilmiş suverenliyin tam bərpası tədbirlərindən sonra ölkənin bütün ərazilərində dövlət suverenliyinin bərpa olunması müasir Azərbaycan tarixinin mühüm hadisələridir. Bu yeni reallıqlar şəraitində Konstitusiyanın dövlət suverenliyinin qorunması, ərazi bütövlüyünün təmin edilməsi, qanunun aliliyinin bütün ölkə ərazisində tətbiqi və dövlət institutlarının fəaliyyətinin təşkili baxımından əhəmiyyəti daha da aktuallaşmışdır.
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması, infrastrukturun yaradılması, iqtisadi və sosial həyatın bərpası da müstəqil dövlətin konstitusion əsasları çərçivəsində həyata keçirilir. Bu baxımdan, Konstitusiya yalnız dövlətin hüquqi idarəçilik sənədi deyil, həm də ölkənin suveren inkişafının və gələcək nəsillər üçün davamlı dövlətçilik ənənələrinin təminatıdır.
Azərbaycan Respublikasında noyabrın 12-si Konstitusiya Günü kimi qeyd olunur. Bu əlamətdar günün təsis edilməsi Ümummilli Lider Heydər Əliyevin 1996-cı il noyabrın 1-də imzaladığı Fərmanla müəyyən edilmişdir. Hər il qeyd olunan bu tarix müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşmasını, xalqın dövlətçilik iradəsini və Konstitusiyanın cəmiyyətin həyatındakı əhəmiyyətini bir daha xatırladır.

Pərvanə Vəliyeva
Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Noyabr 2026 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see290

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see285

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see248

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see234

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see232

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see231

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see230

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see229

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see221

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see219

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see215

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see212

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

15 Noyabr 2026 20:52see204

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see195

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see195

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see191

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see191

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see186

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see185

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri