Riçard Almeyda “Qarabağ“a qayıdır?
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Qarabağ"ın və Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Riçard Almeydanın Ağdam klubuna qayıtdığı və burada yeni vəzifə alacağı barədə məlumatlar yayılıb.
Braziliyalı futbolçunun karyerasını başa vurduğu, "Qarabağ"ın seleksiya işində iştirak edəcəyi və baş məşqçi Qurban Qurbanova kömək edəcəyi iddia olunub. Həmçinin onun komandadakı legionerlərin adaptasiyasına nəzarət edəcəyi bildirilib.
Məsələ ilə bağlı Oxu.az-ın sorğusuna cavab olaraq "Qarabağ"ın mətbuat xidmətindən bildirilib ki, bu məlumatlar həqiqəti əks etdirmir:
"Almeydanın Azərbaycana səfəri qısamüddətlidir. "Qarabağ" klubu olaraq keçmişdə komandamızda çıxış etmiş bütün futbolçularımıza qapımız açıqdır. Onlar istədikləri vaxt klubu ziyarət edə bilərlər. Riçard Almeyda da onlardan biridir.
Almeyda üç-dörd günlük Azərbaycana səfər edib. Burada gəzmək, istirahət etmək istəyib. Bu müddətdə komandanın bazasına gələrək keçmiş komandasını, baş məşqçisini və məşqçilər heyətini ziyarət edib.
Hazırda Almeydanın futbolçu karyerası davam edir. O, Braziliyada bir klubda çıxış edir və həmin komanda ilə müqaviləsi var. Karyerasını başa vurmayıb".
Qeyd edək ki, Riçard Almeyda 2012-2022-ci illərdə fasilələrlə "Qarabağ"ın formasını geyinib. O, Azərbaycan millisində də çıxış edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 11 Noyabr 2026 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















