“Barselona”nın səkkiz futbolçusu dünya çempionu oldu
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İspaniyanın “Barselona” futbol komandasının səkkiz üzvü DÇ-2026-nın qalibi olub.
İdman.Biz xəbər verir ki, İspaniya millisinin heyətində yer alan Lamine Yamal, Erik Qarsiya, Pedri, Qavi, Pau Kubarsi, Dani Olmo, Ferran Torres və Joan Qarsiya dünya çempionu adını qazanıblar.
İspaniya finalda Argentinanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edib. Görüşün yeganə qolunu ikinci əlavə hissədə meydana sonradan daxil olan Ferran Torres vurub.
Bununla da “Barselona” bir dünya çempionatında səkkiz futbolçusu çempion olan klub kimi öz rekordunu təkrarlayıb. DÇ-2010-da da İspaniyanın mundialı qazanan heyətində Kataloniya klubunun səkkiz üzvü yer almışdı.
Həmin vaxt Viktor Valdes, Jerar Pike, Karles Puyol, Serxio Buskets, Xavi Ernandes, Andres İnyesta, Pedro Rodriges və David Vilya dünya çempionu olmuşdular.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 20 İyul 2026 04:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















