Baş həkim: Laçın xəstəxanasında 84 tibb işçisi daimi əsaslarla fəaliyyət göstərir
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İşğaldan azad edilmiş ərazilərdə həyatın bərpası ilə paralel olaraq sosial infrastrukturun qurulması istiqamətində ardıcıl tədbirlər davam etdirilir. Bu proses çərçivəsində tarixi və strateji əhəmiyyəti ilə seçilən Laçın rayonunda da genişmiqyaslı quruculuq və abadlıq işləri həyata keçirilir. Laçında əhalinin mərhələli şəkildə geri dönüşü, müxtəlif sahələr üzrə məşğulluğun təmin edilməsi və sosial xidmətlərin təşkili bölgənin davamlı inkişafının əsas prioritetləri sırasında yer alır. Bu istiqamətdə səhiyyə xidmətlərinin təşkili xüsusi diqqət mərkəzində saxlanılır.
APA-nın yerli bürosu xəbər verir ki, rayonda tibbi xidmətin əlçatanlığının artırılması məqsədilə Laçın şəhərində modul tipli Ailə Sağlamlıq Mərkəzi, Zabux kənd həkim məntəqəsi, həmçinin Laçın Rayon Mərkəzi Xəstəxanasının yeni binası tikilərək istifadəyə verilib. Xəstəxananın strukturunda yeni şöbə və bölmələr yaradılıb, Təcili tibbi yardım, Şüa diaqnostika və Qeydiyyat bölmələri fəaliyyətə başlayıb.
Laçın rayon mərkəzi xəstəxanasının baş həkimi Orxan Cəbrayılov APA-nın Qarabağ bürosuna bildirilib ki, səhiyyə müəssisələrinin fəaliyyətə başladığı dövrdən 31 dekabr 2025-ci il tarixinədək ümumilikdə 34 110 müraciət, 59 659 tibbi xidmət qeydə alınıb.
Yay mövsümündə Laçın yaylaqlarına köç edən fermerlərin tibbi təminatının təşkili məqsədilə Ağbulaq və Təzəkənd kəndlərində (dislokasiya Ağcabədi rayonu) mövsümi səyyar tibb məntəqələri yaradılıb. Eyni zamanda Laçın Rayon Mərkəzi Xəstəxanasının ixtisaslı həkimlərindən ibarət tibbi briqadalar Ağbulaq və Şamkənd kəndlərində səyyar tibbi müayinələr həyata keçirib.
Məşğulluğun təmin edilməsi istiqamətində də müvafiq addımlar atılıb. Laçın Rayon Mərkəzi Xəstəxanasında 17 nəfər həkim, 23 nəfər orta tibb işçisi olmaqla ümumilikdə 48 nəfər işə qəbul edilib. Bundan əlavə, digər bölgələrdə fəaliyyət göstərən tibb məntəqələrindən 3 nəfər həkim və 13 nəfər orta tibb işçisi daimi olaraq Laçın rayonunda əmək fəaliyyətinə cəlb olunub.
Qeyd edilib ki, hazırda Laçın Rayon Mərkəzi Xəstəxanasında 84 nəfər tibb işçisi daimi əsaslarla fəaliyyət göstərir.
Baxış sayı:61
Bu xəbər 23 Yanvar 2026 17:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















