Baş həkimi bıçaqlayan şəxs sürücü imiş
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xəbər verdiyimiz kimi, bu gün Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktor müavini Orxan Ənvərlinin bıçaqlanması ilə bağlı məlumat yayılıb.
Avtosfer.az-ın məlumatına görə, TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, səhər saatlarında xəstəxanada Dəstək xidmətləri şöbəsinin Texniki dəstək bölməsində sürücü vəzifəsində çalışan əməkdaş direktorun inzibati işlər üzrə müavininə xəsarət yetirib.
“Hadisə zamanı xəsarət alan direktorun inzibati işlər üzrə müavininə dərhal zəruri tibbi yardım göstərilib. Hazırda onun vəziyyəti stabil qiymətləndirilir.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlara məlumat verilib. Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Qeyd edək ki, sürücünün əmək intizamı qaydalarını pozması halları müşahidə olunub. Bu hallar ilə bağlı ona dəfələrlə şifahi xəbərdarlıq edilib”, - açıqlamada deyilir.
Xatırladaq ki, daha əvvəl mediada Orxan Ənvərlinin TƏBİB-in keçmiş sədri Vüqar Qurbanovun qohumu olması ilə bağlı məlumat yayılmışdı. TƏBİB-in Daxili nəzarət və monitorinq departamentinin rəhbəri işləyən Orxan Qurbanovun sonradan soyadını dəyişərək Ənvərli etdiyi bildirilirdi.
O.Ənvərli həmçinin vəkil fəaliyyəti ilə də məşğul olubmuş və hazırda Vəkillər Kollegiyasının üzvüdür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 08 Oktyabr 2026 14:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















