Icma.az
close
up
RU
Baş katib: Bakı şəhərində mikromobillik zolaqlarının genişləndirilməsi müsbət inkişafdır AZƏRTAC

Baş katib: Bakı şəhərində mikromobillik zolaqlarının genişləndirilməsi müsbət inkişafdır AZƏRTAC

Bakı, 20 noyabr, AZƏRTAC

Azərbaycanda elektriklə işləyən avtobuslardan istifadə dayanıqlı ictimai nəqliyyata doğru atılmış təqdirəlayiq addımdır.

AZƏRTAC xəbər verir ki, bunu COP29 çərçivəsində “Yaşıl şəhər nəqliyyatı” mövzusunda keçirilən nazirlərin yüksəksəviyyəli dəyirmi masasında çıxışı zamanı Beynəlxalq Nəqliyyat Forumunun Baş katibi Yon Te Kim deyib.

“Azərbaycanın səyləri London, Santyaqo, Stokholm və dünyanın digər böyük şəhərlərində aşağı və sıfır emissiyalı avtobus parklarını genişləndirmək kimi qlobal tendensiyalara uyğundur. Həmçinin Bakı şəhərində mikromobillik zolaqlarının genişləndirilməsi müsbət inkişafdır. Çünki onlar təhlükəsizliyi artırır və qısa səfərlər üçün şəxsi avtomobillərdən asılılığı azaldır” - deyə Baş katib qeyd edib.

Onun sözlərinə görə, mikromobillik infrastrukturunu genişləndirən Azərbaycanın mobillik nəticələrini maksimum dərəcədə artırmaq üçün bunu şəhərsalma məqsədləri ilə inteqrasiya etməsi vacibdir.

seeBaxış sayı:32
embedMənbə:https://azertag.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri