Çində medal qazanan gimnastlarımız Vətənə qayıtdılar
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Çində batut gimnastikası və tamblinq üzrə keçirilən gənclər arasında Dünya çempionatı və Dünya Yaş Qrupları Yarışlarının mükafatçıları Bakıya qayıdıblar.
İdman.Biz xəbər verir ki, Azərbaycan təmsilçiləri noyabrın 17-də Vətənə dönüblər.
İdmançılarımız Nankində təşkil olunan yarışlarda ümumilikdə üç medal – bir gümüş və iki bürünc mükafat qazanıblar.
Qeyd edək ki, gənclər arasında Dünya çempionatında Ammar Baxşəliyev batut gimnastikası üzrə fərdi proqramda 55,450 xalla bürünc medal əldə edib. Bu, Azərbaycan batut gimnastikası tarixində gənclər arasında dünya çempionatının fərdi proqramında qazanılan ilk medal olub.
Dünya Yaş Qrupları Yarışlarında isə Bilal Qurbanov tamblinq üzrə 17–21 yaş kateqoriyasında 27 xalla gümüş medala sahib çıxıb. Batut gimnastikasında 13–14 yaş kateqoriyasının sinxron proqramında çıxış edən Muhamməd Həsənli və Ömər Qasımlı 46,160 xalla bürünc medal qazanıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 17 Noyabr 2026 13:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















