Icma.az
close
up
RU
Menu

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Baş katibdən TDT ilə bağlı bəyanat

Baş katibdən TDT ilə bağlı bəyanat

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Türk Dövlətləri Təşkilatının (TDT) beynəlxalq mövcudluğu daha nəzərəçarpandır.

Axar.az xəbər verir ki, bu, TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyevin Türk Dövlətləri Əməkdaşlıq Günü ilə bağlı yaydığı bəyanatda qeyd olunub.

"Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında" Naxçıvan Sazişinin imzalanmasından 17 il keçdiyini bildirən baş katib keçən müddət ərzində türk dövlətlərinin sadə, lakin güclü inanc ətrafında birləşdiyini bildirib. O, TDT ölkələri arasındakı əməkdaşlığın 64 mexanizmi əhatə etdiyini xüsusilə vurğulayıb.

"TDT-nin transformasiyası yalnız artan görüşlər, mexanizmlər və ya əməkdaşlıq sahələrinin sayı ilə ölçülə bilməz. Türk dövlətlərinin birlikdə fəaliyyət göstərməsi və daha geniş beynəlxalq ictimaiyyətlə qarşılıqlı əlaqəsi zamanı artan inam da eyni dərəcədə vacibdir. Bizim siyasi məsləhətləşmələrimiz daha məzmunlu olub, institusional şəbəkələrimiz güclənib, beynəlxalq təşkilatlar və xarici tərəfdaşlarla əlaqələrimiz isə genişlənməyə davam edib. Siyasi dialoqumuz daha müntəzəm və məzmunlu xarakter alıb", - bəyanatda qeyd edilib.

Eyni zamanda, TDT-nin daha güclü beynəlxalq profil inkişaf etdirdiyinə diqqət çəkən K. Ömüralıyev beynəlxalq və regional təşkilatlar, üçüncü ölkələr və digər tərəfdaşlarla əlaqələrin genişləndiyini bildirib. O, türk dövlətləri arasındakı əməkdaşlığın artıq yalnız öz aralarında etdikləri ilə deyil, eyni zamanda, regional sabitliyə, bağlantılara, davamlı inkişafa, dialoqa və beynəlxalq əməkdaşlığa birlikdə verə biləcəkləri töhfələrlə müəyyən edildiyini vurğulayıb.

"Bu gün ölkələrimiz və xalqlarımız birlikdə çalışdığımız zaman malik olduğumuz potensialı daha çox dərk edirlər. Biz daha aydın şəkildə anlayırıq ki, əməkdaşlıq fərdi gücümüzü artırır və bizi birləşdirən tarixi və mədəni tellər yalnız keçmişin irsi deyil, həm də ortaq gələcəyimizi qurmaq üçün güclü bir təməldir", - baş katib bildirib.

O, TDT ölkələrinin dövlət başçılarının siyasi iradəsi, uzaqgörənliyi və sarsılmaz dəstəyi olmadan, qeyd edilənlərin heç birinin reallaşa bilməyəcəyini də xüsusilə diqqətə çatdırıb.

"Türk Dünyası Baxışı – 2040" bizə uzunmüddətli istiqamətimizi təqdim edir. Qarşıdakı illərdə vəzifəmiz bu baxışı daha qətiyyətlə reallaşdırmaq - iqtisadi və fiziki bağlantılarımızı dərinləşdirmək, texnoloji transformasiyanı qəbul etmək, cəmiyyətlərimizin dayanıqlığını və rifahını gücləndirmək, gənc nəsillərimizə sərmayə qoymaq və əməkdaşlığımızın vətəndaşlarımızın görə və hiss edə biləcəyi nəticələr verməsini təmin etməkdir", - Kubanıçbek Ömüralıyev vurğulayıb.

O həmçinin daxili əməkdaşlıq gücləndikcə daha geniş dünya ilə əlaqələrin də güclənməli olduğunu bildirib:

"Daha birləşmiş və özünə inanan türk dünyası beynəlxalq ictimaiyyət üçün daha güclü tərəfdaş ola bilər və geniş regionumuzda və onun hüdudlarından kənarda sülhə, sabitliyə, bağlantılara, davamlı inkişafa və dialoqa töhfə verə bilər. TDT bu gün daha güclü əsaslara söykənir. Onun institutları daha yetkindir, əməkdaşlığı daha dərindir, tərəfdaşlıqları daha genişdir və beynəlxalq mövcudluğu daha nəzərəçarpandır. Hər şeydən əvvəl dövlətlərimizin və xalqlarımızın bu yolu birlikdə davam etdirmək əzmi daha güclüdür".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://axar.az
archiveBu xəbər 02 Oktyabr 2026 23:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see284

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see280

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see277

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see270

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see260

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see256

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see236

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see227

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see224

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see219

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see213

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see212

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see209

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see209

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see207

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see204

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see197

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see194

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see183

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri