Baş Klinik Hospitalda mürəkkəb açıq ürək əməliyyatı uğurla icra olunub
Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında hərbi qulluqçu üzərində mürəkkəb açıq ürək əməliyyatı uğurla həyata keçirilib.
Müdafiə Nazirliyindən XQ-yə verilən məlumata görə, təngnəfəslik və döş qəfəsində ağrı şikayətləri ilə hospitala müraciət edən hərbi qulluqçunun müayinələri zamanı aortal qapağın ciddi çatışmazlığı, eləcə də aort kökü və qalxan aortanın genişlənməsi ilə müşayiət olunan anevrizma aşkarlanıb. Xəstə üzərində Bentall cərrahi əməliyyatı icra olunub. Əməliyyat zamanı aortal qapaq protezləşdirilib, aort kökü və qalxan aorta protez damar ilə əvəzlənib, tac arteriyalar yeni protez damara birləşdirilib.
Hazırda hərbi qulluqçunun vəziyyəti qənaətbəxşdir. O, özünü yaxşı hiss edir və həkim nəzarəti altında bərpa prosesini davam etdirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 19 Oktyabr 2026 10:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















