Baş məşqçi rəhbərlikdən narazıdır
Icma.az, Qol.az saytına istinadən bildirir.
Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunda baş məşqçi Yens Vissinqin yay transfer dönəmində rəhbərliyin fəaliyyətindən narazı olduğu bildirilir.
QOL.az xəbər verir ki, bu barədə jurnalist Məhəmməd Əl-Bukayri məlumat yayıb.
Onun sözlərinə görə, klub rəhbərliyi almaniyalı mütəxəssisin transferlərlə bağlı tələblərini tam yerinə yetirməyib. Vissinq xüsusilə müdafiəyönümlü yarımmüdafiəçi mövqeyinə əcnəbi futbolçu transfer edilməsini istəyib. Lakin rəhbərlik yalnız seneqallı Dion Lopini heyətə cəlb edib.
Baş məşqçi komandanın hazırlıq toplanışından da narazı qalıb. Bir sıra yeni transferlərin gecikməsi və tam heyətlə məşq etmək imkanının olmaması hazırlıq prosesinə təsir edib.
Bundan başqa, komandada yaşanan zədələr də Vissinqin planlarına mane olub. Bir neçə futbolçunun sıradan çıxması onun heyət seçimlərini çətinləşdirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 10 Avqust 2026 20:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















