Baş nazir: Azərbaycana dəstəyimizi davam etdirəcəyik
Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"1992-ci il fevralın 26-da Azərbaycanın Qarabağ bölgəsinin Xocalı şəhərində erməni silahlı birləşmələri tərəfindən 613 günahsız azərbaycanlı qətlə yetirilib, yüzlərlə insan yaralanıb".
Teleqraf xəbər verir ki, bu sözləri Şimali Kipr Cümhuriyyətinin Baş naziri Ünal Üstel Xocalı soyqırımı haqqında sosial media hesabında yazıb.
"Azərbaycanlı qardaşlarımız 2020-ci ildə 44 gün davam edən şanlı bir dastanla məruz qaldıqları vəhşiliyin əvəzini çıxararaq öz tarixlərində yeni səhifə açdılar. Günahsız dinc insanlara qarşı törədilən bu qətliamın acısını hələ də ürəyimizdə hiss etdiyimiz halda, Xocalı faciəsində həyatını itirənlərə Allahdan rəhmət diləyir, Azərbaycan xalqına başsağlığı verirəm. “Bir millət, üç dövlət” anlayışı ilə ŞKTC hər zaman Azərbaycanın haqlı mübarizəsində dəstəyini davam etdirəcək",-deyə baş nazir qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 26 Fevral 2025 22:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















