Baş nazir: Qərarların icrasına nəzarət və qarşılıqlı məsləhətləşmə TDT nin təsir gücünü artıracaq
Icma.az, Apa.az saytına istinadən bildirir.
Qərarların icrasına nəzarət və qarşılıqlı məsləhətləşmə TDT-nin təsir gücünü artıracaq.
APA-nın xəbərinə görə, bunu Baş nazir Əli Əsədov Bişkekdə Türk Dövlətləri Təşkilatının hökumət başçılarının və onların müavinlərinin ilk toplantısında bildirib.
Əli Əsədov deyib ki, bu gün müzakirə ediləcək məsələlər həm praktik, həm də çevik yanaşma tələb edən vacib mövzulardır: “Məlumdur ki, il ərzində TDT Sammitləri həm rəsmi, həm də qeyri-rəsmi formatda keçirilir. Hər yüksək səviyyədə keçirilən görüşlər, qəbul edilən hər bir qərar təşkilatımızın möhkəmlənməsinə, təsir imkanlarının artmasına, nüfuzunun gücləndirilməsinə və institusional inkişafına xidmət edir. Bu qərarların icrasına nəzarət, monitorinq və qarşılıqlı məsləhətləşmə mexanizmləri təşkilatımızın təsir gücünü daha da artıracaq. Biz inanırıq ki, mövcud strukturların səmərəliyinin artırılması və institusional inkişafın gücləndirilməsi təşkilatımızın fəaliyyətini daha da şəffaf, çevik və nəticəyönümlü edəcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 18 Sentyabr 2025 13:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















