Baş nazir: Serbiyanın Avropa gələcəyi vətəndaşlarımız üçün daha yaxşı həyatın qarantıdır
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Belqrad, 26 oktyabr, AZƏRTAC
Serbiyanın Avropa gələcəyi vətəndaşlarımız üçün daha yaxşı bir həyatın qarantıdır.
AZƏRTAC xəbər verir ki, bunu Serbiyanın Baş naziri Duro Macut deyib.
O bildirib ki, Serbiya bu gün Avropa yoluna, eyni zamanda, Qərbi Balkan regionunda mehriban qonşuluq münasibətlərinin və sülhün qorunmasına sadiqdir.
“Qlobal çətinliklər dövründə sabit region və açıq dialoq Avropaya ən yaxşı mesajdır. Serbiya bu yaxınlarda Londonda keçirilən Berlin Prosesi Zirvəsində iştirakı ilə bu mesajı göndərdi. Bu, Serbiya üçün son dərəcə vacib idi, çünki regional əməkdaşlıqda mövqelərimizi və prioritetlərimizi aydın şəkildə təqdim etmək imkanı əldə etdik. Berlin Prosesi iqtisadi, infrastruktur əlaqələrinin gücləndirilməsi və gənclərin öz ölkələrində qalma şəraitinin yaxşılaşdırılması üçün vacib çərçivədir. Serbiya bu gün sabitlik amili, regionda etibarlı tərəfdaşdır və bunu avropalı həmsöhbətlərimiz də qəbul edib. Enerji, yaşıl keçid və rəqəmsal bağlantı sahəsində konkret layihələri, eləcə də region ölkələrini vahid Avropa bazarına daha da yaxınlaşdırmağı müzakirə etdik”, - deyə Duro Macut vurğulayıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 26 Oktyabr 2025 14:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















