Baş nazir silah satışı ilə bağlı qərar imzaladı
Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər”ə dəyişiklik edilib.
Bakupost.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərara əsasən, silah satışına dair əlavə şərtlər müəyyənləşib.
Belə ki, döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatının satışına (idxal edilən döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatı istisna olmaqla) tələb olunan əlavə şərtlər aşağıdakılardır:
- istehsal prosesinin məmulatın texnoloji sənədlərinə uyğun qurulması;
- texnoloji və konstruktor sənədlərinin normativ hüquqi aktların tələblərinə və standartlara uyğun olması;
- texniki şərtlərin normativ hüquqi aktların tələblərinə və standartlara uyğun olması;
- istehsal prosesinin ərizəçi tərəfindən həyata keçirilən mərhələlərinin adı və təsviri barədə məlumat.
Döyüş təyinatlı hərbi texnika, hərbi silah və sursatın ehtiyat hissələrinin satışına (idxal edilən döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatı istisna olmaqla) da qeyd edilən əlavə şərtlər tələb olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 09 Fevral 2026 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















