Icma.az
close
up
RU
Baş nazir yenə saxlanılanların olacağını açıqlayıb

Baş nazir yenə saxlanılanların olacağını açıqlayıb

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Daha çox zorakının şəxsiyyəti artıq müəyyən edilib. Buna görə, təbii ki, bu rəqəm əhəmiyyətli dərəcədə artacaq”.

Gununsesi.info xəbər verir ki, bu sözləri Baş nazir İrakli Kobaxidze 4 oktyabr hadisələri zamanı saxlanılanların sayının artıb-artmayacağı ilə bağlı jurnalistlərin sualını cavablandırarkən dilə gətirib.

Onun sözlərinə görə, istintaq bütün istiqamətlərdə sona qədər aparılacaq.

“Təbii ki, bu rəqəm məntiqi olaraq artacaq. Biz hamını xəbərdar etmişdik ki, indi daha geniş identifikasiya imkanlarımız var. Keçən ilin noyabr-dekabr aylarında baş verən hadisələrdə zorakılıq beş gün davam etməsinə baxmayaraq, cəmi 3% zorakı müəyyən edilə bilmişdi. İndi isə göstərici xeyli yüksəkdir və, təbii ki, bu rəqəm daha da artacaq. Daha çox zorakının şəxsiyyəti artıq müəyyən edilib. Buna görə, bu say əhəmiyyətli dərəcədə çoxalacaq. Bu, profilaktika baxımından vacibdir. Bunlar vicdansız zorakılardır və onların yeri də elə oradır, harada ki, olmalıdır. Buna görə, istintaqı bütün istiqamətlərdə sona çatdıracağıq. 4 oktyabr hadisələrinə gəldikdə və ölkənin hansı təhlükədən qorunduğuna baxsaq, ilk baxışdan hər şey sadə görünsə də, o gün vəziyyət bizim tərəfimizdən qabaqcadan hazırlanmışdı, qabaqlayıcı tədbirlər görülmüşdü. Nəticədə, polis qüvvələri prezident sarayına və polis əməkdaşlarına qarşı törədilən zorakılığa effektiv reaksiya verə bildilər.

Əslində isə radikal müxalifətin çox iddialı planları var idi. Məqsəd açıq şəkildə elan edilmişdi, hakimiyyətin devrilməsi. Görürsünüz ki, 5–7 min nəfər radikal hökumətin devrilməsi məqsədilə aksiyaya toplaşmışdı. Onların konkret planları var idi, o cümlədən prezident sarayını ələ keçirdikdən sonra digər yerlərə keçmək planlaşdırılmışdı. Plan belə idi. Lakin biz əvvəlcədən gördüyümüz qabaqlayıcı tədbirlərlə onların bu ssenarisinin həyata keçməsinin qarşısını aldıq və daha sonra polis qüvvələri son dərəcə effektiv şəkildə fəaliyyət göstərdilər.

Nəticədə, son 4 ildə inqilabın 5-ci cəhdinin də qarşısını aldıq. Məqsəd ‘Kollektiv Milli Hərəkat’ın zorakı inqilab yolu ilə hakimiyyətə qayıtması idi, lakin bu ssenari baş tutmadı baxmayaraq ki, Avropa İttifaqının sözçüsü bir daha açıq şəkildə ‘Kollektiv Milli Hərəkat’ın inqilabi planlarına dəstəyini ifadə etdi” , – deyə İrakli Kobaxidze qeyd edib.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 08 Oktyabr 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see462

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see300

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see299

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see293

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see271

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see239

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see236

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see223

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see223

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see216

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see215

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see213

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see211

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see206

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see203

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see202

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see195

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see190

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see185

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri