Daha əvvəlki kimi kredit ala bilməyəcəyik Qaydalar sərtləşdirilir
Icma.az, Bakupost saytına istinadən bildirir.
Bu gündən etibarən nisyə mal satışı ilə məşğul olan şirkətlərə və fərdi sahibkarlara verilən kreditlər üzrə yeni qiymətləndirmə meyarı müəyyənləşib.
“Bakupost” xəbər verir ki, yeni meyarlara əsasən həmin şəxslər nisyə satış portfelinin ümumi həcmi və alıcılarının sayı barədə banka məlumat təqdim etməlidirlər.
Bank da öz növbəsində bu məlumatları kredit bürolarına təqdim edilən müvafiq məlumatlarla müqayisə edəcək. Müqayisə zamanı göstəricilərdən hər hansı biri üzrə uyğunluq 90 faizdən az olarsa, həmin kredit qeyri-qənaətbəxş aktivlər kateqoriyasına aid ediləcək.
Davranış modeli əsasında verilmiş kredit verildiyi anda azı nəzarət altında olan aktiv kimi təsnifləşdirilir.
Bundan başqa, dəyişikliyə əsasən, istehlak krediti üzrə təminat qismində zaminlik çıxış etdikdə, zaminin borcunun gəlirə nisbəti əmsalı 70 faizdən artıq olmamalıdır.
Kredit risklərinin hesablanması ilə bağlı müddəaya da dəyişiklik edilib. Belə ki, müvafiq hesablamada model əsasında verilmiş və son 12 ayda balansdan silinmiş kreditlər də nəzərə alınacaq.
Bundan başqa, Azərbaycanda bankların kredit verərkən borcalanın gəlirlərini hesablaması ilə bağlı yeni tələb müəyyənləşib.
Dəyişikliyə əsasən, borcalanın gəlirlərini müvafiq sənədlərlə və ya dövlət informasiya sistemlərindən əldə olunan məlumatlarla müəyyən etmək mümkündürsə, banklar həmin şəxsin gəlirini davranış modeli əsasında proqnozlaşdıra bilməyəcəklər.
Məsələn, şəxsin əməkhaqqı barədə arayışı varsa və ya gəliri dövlət informasiya sistemlərindən müəyyən edilirsə, bank kredit hesablaması zamanı davranış modelinin proqnozlaşdırdığı gəlirdən istifadə edə bilməz.
Maliyyə-bank məsələləri üzrə ekspert Əkrəm Həsənov “Bakupost”a bildirib ki, bu addımlar Mərkəzi (MB) kommersiya bankları üzərində kredit siyasətinin sərtləşdirilməsinə xidmət edir:
“Məsələnin gündəmə gəlməsi problemli kreditlərin həcminin artması ilə bağlıdır. Ona görə də Mərkəzi Bank daha sərt tələblər irəli sürür. Nisyə mal alan sahibkarlar pulu banklardan götürür. Belədə həmin sahibkarların banklara, müştərilərin də onlara borcu yaranır. Bu da banklar üçün riskdir. Mərkəzi Bank da istəyir ki, həmin sahibkarlar müştərilərinə nisyə satış edəndə, hər şeyi rəsmi göstərsin. Bank görsə ki, 90 faizlik uyğunluq yoxdur, bu artıq qeyri-qənaətbəxş aktiv hesab olunacaq. Yəni MB bununla dolayısı ilə bankları məcbur edir ki, yalnız nisyə alqı-satqını rəsmi edən ticarət şəbəkələrilə işləsinlər”.
Ekspertə görə, zaminlə bağlı məsələ isə, üzərində yükü çox olduqda onun daha zamin dura bilməməsinə hesablanıb:
“Bir nəfər bir neçə nəfərə zamin durur. Bu fonda borc alanlar borcu verə bilmədikdə, zamini tutub hamısını ala bilməyəcəklər.
Banklar ümidsiz aktivləri balansdan siləndə həmin kredit daha görünmürdü. Amma MB-nin hesablamalarında bu daha 12 ay ərzində görünəcək ki, nəticədə kommersiya bankları daha məsuliyyətli olmağa vadar olacaqlar”.
Digər tərəfdən, müsahibimiz qeyd edir ki, borc alanın rəsmi gəliri varsa, onun qeyri-rəsmi gəlirləri daha nəzərə alınmayacaq:
“Məsələn, müəllimlərin əksəriyyəti aydındır ki, dərsdən əlavə repetitorluqla məşğuldur. Banklar da kredit verəndə bunu da nəzərə alır. Amma bundan sonra nəzərə ala bilməyəcəklər. Bütün bunlar kredit siyasətinin sərtləşdirilməsi deməkdir. Bu da başa düşüləndir, çünki problemli kreditlər artır”.
Rüfət Sultan,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 10 Noyabr 2026 16:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















