Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 29 sentyabr, AZƏRTAC
Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Tehranda səfərdə olan Azərbaycan nümayəndə heyəti İran Prezidenti Məsud Pezeşkian tərəfindən qəbul edilib.
Nazirlər Kabinetindən AZƏRTAC-a bildiriblər ki, Baş nazirinin müavini Prezident İlham Əliyevin salamlarını Prezident Məsud Pezeşkiana çatdırıb. İran Prezidenti salamlara görə təşəkkürünü bildirib və öz növbəsində xoş arzularını ifadə edib.
Görüş zamanı xalqlarımızın ortaq tarixi və mədəni bağlarının ikitərəfli əlaqələrin inkişafı üçün möhkəm zəmin yaratdığı qeyd olunub, Azərbaycan və İran arasında dostluq və mehriban qonşuluq münasibətlərinin mövcud vəziyyəti yüksək qiymətləndirilib. İki ölkə arasında iqtisadiyyat, ticarət, nəqliyyat və enerji sahələrində əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri müzakirə edilib.
Regionda həyata keçirilən birgə layihələrin uğurla davam etdirilməsinin hər iki ölkənin və ümumilikdə bölgənin inkişafına mühüm töhfə verəcəyi vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 29 Sentyabr 2026 20:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















