Baş nazirin müavini Şahin Mustafayev Dağıstan Hökuməti sədrinin müavini ilə görüşüb
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 21 may, AZƏRTAC
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev mayın 21-də Dağıstan Respublikası Hökuməti sədrinin müavini Rizvan Qazimaqomedov ilə görüşüb.
Nazirlər Kabinetindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan və Rusiya arasında əməkdaşlıq çərçivəsində Rusiya Federasiyasının müxtəlif regionları, xüsusilə də ortaq tarixi və mədəni dəyərlərlə bağlı olan Azərbaycan-Dağıstan münasibətlərinin xüsusi önəm daşıdığı vurğulanıb.
Həmçinin Azərbaycan ilə Dağıstan arasında əməkdaşlıq münasibətlərinin ticarət-iqtisadi, nəqliyyat-logistika, sənaye kooperasiyası, kənd təsərrüfatı və aqrar sənaye, eləcə də humanitar sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub.
Görüşdə, həmçinin 2023-2025-ci illər üzrə Əməkdaşlığın əsas istiqamətlərinin inkişafına dair Tədbirlər Planının icrası müzakirə olunaraq, əməkdaşlığın genişləndirilməsi məqsədilə perspektivli istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 21 May 2025 16:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















