Icma.az
close
up
RU
Baş nazirin müavini Samir Şərifov ICAPP ın nümayəndə heyəti ilə görüşüb

Baş nazirin müavini Samir Şərifov ICAPP ın nümayəndə heyəti ilə görüşüb

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 16 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov oktyabrın 16-da Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (ICAPP) Daimi Komitəsinin sədri Çunq Eui-yongun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetindən AZƏRTAC-a bildiriblər ki, görüşdə S.Şərifov Azərbaycan Prezidenti İlham Əliyevin Asiya ölkələri ilə əlaqələrin inkişafını xarici siyasətin əsas prioritetlərindən biri kimi müəyyənləşdirdiyini bildirib. Bu kontekstdə, ölkəmizin Asiya və Okeaniya regionunda yerləşən inkişafda olan ölkələri, ələlxüsus kiçik ada ölkələri üçün yardım proqramlarını həyata keçirdiyini bildirib.

2009-cu ildən ICAPP-ın Daimi Komitəsinin üzvü olan Yeni Azərbaycan Partiyasının təşkilatın fəaliyyətinə verdiyi töhfələrdən söz açan Baş nazirin müavini ötən müddət ərzində YAP-ın İCAPP-ın bir sıra yüksək səviyyəli tədbirinə, o cümlədən 7-ci Baş Assambleyasına uğurla ev sahibliyi etdiyini deyib.

Bu baxımdan sabah Bakıda keçiriləcək “Milli müxtəliflikdən qlobal həmrəyliyə: yeni dünya nizamında mədəniyyətin rolu” mövzusunda ICAPP Asiya Mədəniyyət Şurasının 4-cü iclasının əhəmiyyətinə toxunulub.

Azərbaycanın ICAPP təşəbbüslərində fəal iştirak vasitəsilə Asiyada siyasi dialoqun gücləndirilməsinə, sülhün, sabitliyin və dayanıqlı inkişafın təşviqinə töhfə verdiyi vurğulanıb.

S.Şərifov həmçinin ölkəmizin Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan ərazilərini 2020-ci ildə azad etməsi, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, hazırda işğaldan azad olunmuş ərazilərdə aparılan böyük quruculuq və bərpa işləri barədə ətraflı məlumat verib.

Bu xüsusda, Azərbaycanın Ermənistanın işğalı nəticəsində böyük maliyyə vəsaiti tələb edən fəsadlarla mübarizə apardığı bildirilib. Ermənistanın təcavüzü nəticəsində Azərbaycana dəymiş ziyan 150 milyard ABŞ dolları həcmində qiymətləndirilir.

Buna baxmayaraq, o, məhz Azərbaycanın sülhsevər ölkə olaraq Ermənistana sülh sazişinin imzalanmasını təklif etdiyini vurğulayaraq, iki ölkə arasında avqustun 8-də Vaşinqtonda sülhün bərqərar edilməsinə dair tarixi razılaşmaya nail olunduğunu diqqətə çatdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:274
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Oktyabr 2025 20:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see641

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see320

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see310

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see303

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see299

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see298

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see283

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see272

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see265

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see257

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see249

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see244

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see235

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see235

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see235

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see231

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see231

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see229

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see227

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri