Forumun məqsədi dünya əhalisini birləşdirə biləcək müxtəlif məsələləri müzakirə etməkdir
Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“2011-ci ildən başlayaraq Azərbaycan ardıcıl olaraq altı forum keçirib. Bu il həmin forumların 15 illiyi qeyd olunur”.
Redaktor.az xəbər verir ki, bunu “VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forum”u ilə bağlı keçirilən mətbuat konfransında mədəniyyət nazirinin müavini Fərid Cəfərov bildirdi.
Onun sözlərinə görə, forumlar təkcə iştirakçıların sayı və miqyası baxımından deyil, həm də auditoriyasının əhatə dairəsinə görə genişlənib?
"Tədbirlərə getdikcə daha çox insan, hökumət, beynəlxalq təşkilat, qeyri-hökumət təşkilatı, media nümayəndəsi, gənc, gənc lider və dini lider cəlb olunur.
Bu il forum “Parçalanmış dünyada körpülərin qurulması” mövzusunda keçirilir. Mövzu ölkələr arasında, eləcə də cəmiyyətin müxtəlif təbəqələri arasında mövcud olan bərabərsizliklər və qarşıdurmalar nəzərə alınaraq müəyyənləşdirilib.
Forumun məqsədi cəmiyyətlərimizin müxtəlif təbəqələrini, hökumətləri və beynəlxalq təşkilatları bir araya gətirmək, dünya əhalisini birləşdirə biləcək müxtəlif məsələləri müzakirə etməkdir".
Nazir müavini bildirdi ki, forumun rəsmi açılışı sabah, oktyabrın 27-də olacaq:
"Lakin bəzi fəaliyyətlər və tədbirlər artıq başlayıb. Azərbaycan Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı oktyabrın 26-dan etibarən Qubada keçirilən Beynəlxalq Gənclər Forumunu təşkil edib. Forumda dünyanın 44 ölkəsindən 100-dən çox gənc lider iştirak edib.
Bu gün səhər isə müxtəlif ölkələrin və dünyanın fərqli bölgələrinin biznes nümayəndələrini bir araya gətirən “Cape Class” konfransına start verilib.
Sabah rəsmi açılış mərasimi keçiriləcək, ardınca beynəlxalq təşkilatların və hökumətlərin birgə sessiyası baş tutacaq.
Bu ilki forumun bir sıra yeni xüsusiyyətləri var. Xüsusilə mədəniyyətlərarası dialoqun akademik və tədqiqat istiqamətlərinə diqqət yetirilir, daha çox insanın bu prosesə cəlb olunmasına önəm verilir”.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 26 Oktyabr 2026 12:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















