Baş nazirin zirvə görüşündəki hərəkəti həmkarını şoka saldı VİDEO
Icma.az, Lent az saytına istinadən bildirir.
Çində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Liderlər Zirvəsi öncəsi Yaponiya Baş naziri Sanae Takaichi ilə Malayziya Baş naziri Ənvər İbrahim arasında maraqlı an yaşanıb.
Lent.az xəbər verir ki, liderlərin salamlaşması zamanı Ənvər İbrahim əllərini birləşdirib.
Ona eyni şəkildə cavab verməyə çalışan Takaichinin əlləri bir anlıq çarpaz vəziyyətdə qalıb. Daha sonra gülümsəyən Yaponiya Baş naziri dilini çıxarıb.
Salamlaşma zamanı əlləri qarışdıHadisə noyabrın 19-da Çinin Şençjen şəhərində keçirilən APEC Liderlər Zirvəsi başlamazdan əvvəl baş verib. İki lider qısa söhbət edərkən Ənvər İbrahim əllərini birləşdirərək salamlaşıb. Takaichi də ona cavab verməyə çalışıb, lakin bir anlıq çaşqınlıq yaranıb. Baş verənlər kameraya düşüb.
Takaichinin hərəkəti sosial şəbəkələrdə müxtəlif reaksiyalara səbəb olub. Bəzi istifadəçilər onun davranışını səmimi və zarafatcıl hesab edib, digərləri isə rəsmi toplantıda belə hərəkətin uyğun olmadığını yazıb. Görüntünü paylaşan yapon istifadəçi də salamlaşma zamanı baş verənlərə təəccübləndiyini bildirib.
Zirvədə iqtisadi məsələlər müzakirə olunubAPEC Liderlər Zirvəsində azad ticarət, regional iqtisadi əməkdaşlıq və enerji təhlükəsizliyi məsələləri müzakirə edilib. Sanae Takaichi çıxışında azad və ədalətli ticarətin əhəmiyyətini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 20 Noyabr 2026 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















