Baş prokuror: AZAL təyyarəsinin qəza səbəbinin müəyyən edilməsi üçün qısa müddətdə konkret nəticələrin əldə edilməsi təmin olunacaq
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qazaxıstan Respublikası və Rusiya Federasiyasının prokurorluq və digər aidiyyəti qurumları ilə hadisənin baş verməsinin əsl səbəblərinin müəyyən edilməsi istiqamətində hazırda qarşılıqlı əməkdaşlıq şəraitində istintaq hərəkətləri davam etdirilir.
APA xəbər verir ki, bunu bu gün Baş Prokurorluqda keçirilən Kollegiya iclasında Baş prokuror Kamran Əliyev deyib.
Baş prokuror deyib ki, qısa müddət ərzində konkret nəticələrin əldə edilməsi təmin olunacaq.
Kamran Əliyev tərəfindən təəssüf hissi ilə qeyd edib ki, ötən ilin sonunda ölkəmiz və xalqımız üçün böyük faciə hesab olunan “Azərbaycan Hava Yolları” aviaşirkətinə (AZAL) məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Rusiya hava məkanında kənar fiziki və texniki müdaxilə nəticəsində Aktau şəhəri yaxınlığında qəzaya uğraması faktı ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən hadisənin səbəblərinin araşdırılması üçün Baş nazirin rəhbərliyi ilə Dövlət Komissiyası yaradılmış və dövlət başçısının tapşırığına əsasən cinayət işi başlanılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 27 Yanvar 2025 17:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















