Icma.az
close
up
RU

Baş prokuror BƏƏnin daxili işlər naziri ilə görüşüb FOTO

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə ölkəmizə səfərə gələn beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir.

Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, noyabrın 15-də Baş Prokuror Kamran Əliyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Baş nazirinin müavini, Daxili işlər naziri Saif Bin Zayed Al Nahyanının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Baş Prokuror Kamran Əliyev bildirib ki, Azərbaycanla İslam dünyasının önəmli dövlətlərindən olan BƏƏ  arasında tarixi köklərə malik olan və mənəvi dəyərlərə, ənənələrə əsaslanan möhkəm dostluq münasibətləri var. Münasibətlərin  yüksək səviyyədə olması hər iki ölkə rəhbərliyinin qarşılıqlı siyasi dialoqları nəticəsində mümkün olub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bilavasitə rəhbərliyi altında COP29-un ölkəmizdə keçirilməsinin əhəmiyyətindən bəhs edən Kamran Əliyev qeyd edib ki, COP29 iqlim dəyişmələrinin mənfi təsirlərindən ən çox əziyyət çəkən ölkələr, inkişaf etməkdə olan kiçik ada dövlətlərinin problemlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması və həll yollarının müəyyən edilməsi üçün çox mühüm platformadır.

COP29 çərçivəsində Azərbaycanın Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsi (BMTNCİ) tərəfindən təşkil olunan, həmçinin BƏƏ-nin Daxili İşlər Nazirliyinin həmsədrliyi ilə baş tutan "İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiyanın uğurla başa çatması barədə danışan tərəflər ətraf mühitin mühafizəsində hüquq-mühafizə orqanlarının qarşılıqlı əməkdaşlığının genişləndirilməsinin vacibliyini vurğulayıblar.

BƏƏ-nin Baş nazirinin müavini, Daxili işlər naziri Saif Bin Zayed Al Nahyan səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirib, ölkəsində uğurla keçirilmiş COP28-dən sonra  COP29-un daha böyük nailiyyətlərlə yadda qalacağına əminliyini ifadə edib.

Saif Bin Zayed Al Nahyan Azərbaycanın hüquq-mühafizə, o cümlədən prokurorluq orqanları ilə sıx əməkdaşlıq əlaqələrinin yaradılmasında ölkəsinin maraqlı olduğunu qeyd edib.

Qonaqlar Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olub, onlara prokurorluğun  fəaliyyətini əks etdirən müxtəlif guşələrdəki eksponatlarla bağlı ətraflı məlumat verilib.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://lent.az
archiveBu xəbər 16 Noyabr 2024 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri