Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 28 sentyabr, AZƏRTAC
Bu ilin ötən dövründə əvvəlki illərdən bağlı qalmış 9 cinayət işinin açılması prokurorluq əməkdaşları tərəfindən təmin edilib.
AZƏRTAC xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev 1 Oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı gününə və Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümünə həsr olunmuş tədbirdə çıxış edərkən deyib.
Baş prokuror bildirib ki, cinayət işlərinin üstünün açılmasında digər hüquq-mühafizə orqanları ilə birgə fəaliyyət göstərilib: "Bu sahədə fəaliyyətimizi davam etdirməliyik və etdirəcəyik. Çünki bu bizim fəaliyyət istiqamətlərinin ən prioritet sahələrindən biridir. Xüsus olaraq, iqtisadi cinayətkarlığa qarşı mübarizəni qeyd etmək istəyirəm. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin və bizim digər istintaq qurumlarının əməkdaşları dövlətə vurulmuş ziyanın təmin edilməsi istiqamətində kifayət qədər çox işlər görüblər".
Müxbir - Günel Türksoy
Fotoqraf - Azər İbrahimov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 28 Sentyabr 2026 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















