Icma.az
close
up
RU
Baş Prokurorluqda “Zəfər Günü” münasibətilə tədbir keçirilib

Baş Prokurorluqda “Zəfər Günü” münasibətilə tədbir keçirilib

News24 saytına istinadən Icma.az xəbər verir.

Noyabrın 7-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə prokurorluq əməkdaşları Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün təmini uğurunda şəhid olmuş hərbçilərimizin dəfn olunduğu II Şəhidlər Xiyabanını ziyarət edərək şəhadət zirvəsinə ucalmış şəhidlərimizin xatirələrini dərin ehtiramla yad edib məzarları üzərinə gül dəstələri qoyublar.

News24.az xəbər verir ki, daha sonra Baş Prokurorluğun inzibati binasında Baş Prokurorluğun rəhbərliyi tərəfindən Ümummilli lider Heydər Əliyevin büstü üzərinə gül dəstələri qoyulub və “8 noyabr Zəfər günü”nə həsr olunmuş tədbir keçirilib.

Tədbir zamanı şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirildikdən sonra, Baş prokuror Kamran Əliyev çıxış edib.

Prokurorluq əməkdaşlarını və xalqımızı “8 Noyabr – Zəfər Günü” münasibətilə təbrik edən Baş prokuror tariximizin şanlı səhifəsi olan bu qələbəyə aparan yolun əsasının Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb, daim vətəninə bağlı olan və onun gələcəyini düşünən dahi dövlət xadimi, dünya səviyyəli siyasətçi Heydər Əliyevin ölkəmizin bu günləri üçün gördüyü işlərdən bəhs edib. 

Qeyd edilib ki, Ulu öndərin layiqli davamçısı, onun prinsip və siyasi kurslarına sadiq qalan Prezident cənab İlham Əliyev tərəfindən Azərbaycan daha da inkişaf etdirilib və nəticədə beynəlxalq aləmdə aparıcı mövqeyə sahib, iqtisadi və siyasi sferada sadiq və əqidəli tərəfdaş olmaqla yanaşı, eyni zamanda qüdrətli orduya sahib olan dövlət kimi nüfuz qazanıb.

Vurğulanıb ki, 2020-ci il  sentyabrın 27-də Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri torpaqlarımızın işğaldan azad edilməsi üçün əməliyyatlara başlayıb və “44 günlük Vətən müharibəsi” nəticəsində işğal altında olmuş torpaqlarımızın böyük hissəsi azad edilməklə yanaşı Ermənistan Respublikasının məğlub tərəf qismində Üç tərəfli bəyanatı imzalamaq məcburiyyətində qalıb.

Ermənistan Respublikasının təsiri altında ölkəmizin ərazisində erməni separatçılarının qeyri-adekvat hərəkətlər etməsi isə 23 saatlıq bir müddətdə lokal xarakterli antiterror tədbirlərinin keçirilməsi ilə nəticələnib və bununla da Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi tamamilə təmin edilib.

Baş prokuror artıq yeni reallığın mövcud olmasını vurğulayaraq torpaqlarımızın işğaldan azad edilməsi ilə Azərbaycanın yeni bir mərhələyə qədəm qoyduğunu bildirib.

Eyni zamanda Baş prokuror “44 günlük Vətən müharibəsi” və lokal xarakterli antiterror tədbirləri zamanı prokurorluq əməkdaşlarının hərbi əməliyyatların aparıldığı ərazilərdə xidməti vəzifələrini layiqincə yetirdiklərini, bəzi prokurorluq əməkdaşlarının “I Qarabağ” və “44 günülük Vətən” müharibələri zamanı bilavasitə döyüşlərdə iştirak etməsini, hətta şəhid prokurorluq əməkdaşlarının olduğunu, habelə “44 günlük Vətən” müharibəsində iştirak etmiş və yüksək savad, bilikləri ilə seçilən gənclərin prokurorluq orqanlarında qulluğa keçirilən müsabiqədə uğur qazanaraq işə qəbul olunmasını və hazırda sıralarında xidmət etmələrini tədbir iştirakçılarının diqqətinə çatdırıb. 

Tədbirdə həmçinin, Prokurorluğun veteranı - Böyükağa Panəliyev, Vətən müharibəsi iştirakçısı – Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kriminalistika şöbəsinin prokuroru Coşqun Zamanlı çıxış edib.

Sonda isə “Səbrin sonu” adlı sənədli film nümayiş etdirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://news24.az
archiveBu xəbər 07 Noyabr 2024 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see390

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see383

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see259

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see238

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see226

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see220

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see214

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see213

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see197

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see191

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see185

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see185

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see183

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see179

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see179

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see177

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see174

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see174

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri