Icma.az
close
up
RU
Baş prokurorun müavini Argentinada BPA nın İcraiyyə Komitəsinin iclasında

Baş prokurorun müavini Argentinada BPA nın İcraiyyə Komitəsinin iclasında

Icma.az, Sia Az saytına istinadən bildirir.

Baş prokurorun müavini Heydər Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti cari ilin 7-9 aprel tarixlərində BPA-nın İcraiyyə Komitəsinin 59-cu iclasında iştirak məqsədilə Argentinanın Buenos-Ayres şəhərinə işgüzar səfərdə olub. Bu barədə SİA-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iclas çərçivəsində təşkilatın fəaliyyətinin əsas istiqamətlərini əhatə edən məsələlərə baxılıb, BPA-nın İcraiyyə Komitəsinə hazırda fəaliyyət göstərən və vakant olan regionlar üzrə yeni üzvlərin namizədlikləri nəzərdən keçirilib, habelə təşkilatın Nizamnaməsində rəhbər orqanlara seçkilərin keçirilməsi prosedurlarına təklif olunan dəyişikliklər müzakirə edilib. Bununla yanaşı, Assosiasiyanın növbəti illik iclas və regional konfranslarının təşkili ilə bağlı aparılacaq təşkilati işlər ətrafında müzakirələr aparılıb.

Habelə, İcraiyyə Komitəsinin iclasında BPA-nın rəhbər vəzifələrinə keçirilmiş səsvermə nəticəsində Assosiasiyanın vitse-prezidenti Baş prokuror Kamran Əliyevin yenidən həmin vəzifəyə 2 il müddətinə, yəni 2027-ci ilədək seçilməsi tövsiyə edilib.

İcraiyyə Komitəsinin iclasında çıxış edən Baş prokurorunun müavini Heydər Məmmədov tədbir iştirakçılarına Azərbaycan Respublikasının Baş prokuroru, Assosiasiyanın vitse-prezidenti cənab Kamran Əliyevin salamlarını çatdıraraq ötən ilin 30 sentyabr - 2 oktyabr tarixlərində Bakıda keçirilmiş BPA-nın 29-cu İllik Konfrans və Ümumi Yığıncağının nəticələrinə dair geniş hesabat təqdim edib.

Heydər Məmmədov çıxışında Bakı Konfransının uzun müddət planlaşdırılan bir təşəbbüs olduğunu və bu tədbirin reallaşmasında cənab Prezident İlham Əliyevin siyasi dəstəyinin mühüm rol oynadığını vurğulayıb, konfransın uğurlu təşkilində prokurorluq orqanları əməkdaşları ilə yanaşı bir sıra dövlət qurumları və könüllülərin də fəal iştirak etdiyini bildirib.

Səfər çərçivəsində Baş prokurorun müavini Heydər Məmmədov BPA-nın Prezidenti ilə həmçinin, Argentina, Braziliya, Birləşmiş Krallıq, Çili, Keniya, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanından olan həmkarları ilə ikitərəfli görüşlər keçirib.

Görüşlərdə hüquqi əməkdaşlıq və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 Aprel 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri