Icma.az
close
up
RU
Baş Qərargah rəisi gürcüstanlı həmkarı ilə görüşdü Video

Baş Qərargah rəisi gürcüstanlı həmkarı ilə görüşdü Video

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Noyabrın 17-də Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Müdafiə Qüvvələri komandanı general-leytenant Giorgi Matiaşvili və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Axar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Əvvəlcə qonaqlar Zəfər abidəsini ziyarət edərək önünə əklil qoyub, şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.

Baş Qərargahda təşkil edilən rəsmi qarşılanma mərasimində Azərbaycan Ordusunun Baş Qərargah rəisi və Gürcüstanın Müdafiə Qüvvələri komandanı fəxri qarovul dəstəsinin önündən keçdikdən sonra hər iki ölkənin Dövlət himnləri səsləndirilib. Protokola uyğun olaraq general-leytenant G.Matiaşvili “Şərəf kitabı”nı imzalayıb.

General-polkovnik K.Vəliyev gürcüstanlı həmkarı ilə əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan Baş Qərargah rəisi dövlət başçılarının dostluq münasibətlərinin və ölkələrimiz arasında strateji tərəfdaşlığın olmasının müdafiə sahəsində əməkdaşlığımıza böyük töhfə verdiyini diqqətə çatdırıb.

Səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən general-leytenant G.Matiaşvili növbəti dəfə ölkəmizə səfər etməsindən məmnun olduğunu bildirib, bu cür görüşlərin Azərbaycan ilə Gürcüstan arasında hərbi əlaqələrin daha da inkişaf etdirilməsində müstəsna rol oynadığını xüsusi vurğulayıb.

Tərəflər ölkələrimiz arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsi, ikitərəfli və çoxtərəfli formatda hərbi təlim və məşqlərin keçirilməsi, ekspertlər səviyyəsində qarşılıqlı səfərlərin təşkili məsələlərini, həmçinin regionda və dünyada baş verən hərbi-siyasi prosesləri müzakirə edib, maraq doğuran bir sıra digər mövzulara dair geniş fikir mübadiləsi aparıblar.

Görüşdə həmçinin Vətən müharibəsi və sonrakı hərbi əməliyyatlar, o cümlədən lokal xarakterli antiterror tədbirləri zamanı Azərbaycan Ordusunun əldə etdiyi döyüş təcrübəsi, habelə Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən hərbi islahatlar barədə qonaqlara geniş brifinq təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:30
embedMənbə:https://axar.az
archiveBu xəbər 17 Noyabr 2026 22:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see300

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see292

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see256

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see244

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see242

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see241

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see238

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see229

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see225

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see223

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see219

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see201

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see201

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see199

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see198

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see194

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see192

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see190

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see182

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri