Qazaxda V İdman Festivalına start verilib
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qazax, 17 noyabr, AZƏRTAC
2026-cı ilin “İdman Paytaxtı” Qazax şəhərində V İdman Festivalına start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festivalın ilk günündə 13-15 yaşlı yeniyetmələr üçün müxtəlif istiqamətlər üzrə təlimlər təşkil olunub.
Gün ərzində iştirakçılar ilkin yardım, hərbi-vətənpərvərlik, vokal, maketləşdirmə və xilasedici təlimlər üzrə məşğələlərdə iştirak ediblər.
Festival çərçivəsində yeniyetmələr qruplar şəklində ağırlıqqaldırma, atıcılıq, badminton, basketbol, boks, cüdo, futbol, gimnastika, həndbol, idman dırmanması, qılıncoynatma, qış idman növləri, oxatma, reqbi, stolüstü tennis, su idman növləri, taekvondo, tennis, triatlon, velosiped, voleybol və üzgüçülük növləri üzrə təşkil olunan məşğələlərdə iştirak edirlər.
Qeyd edək ki, festivala noyabrın 22-də yekun vurulacaq.
Müxbir -Ruslan Novruzoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 17 Noyabr 2026 22:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















