Baş vermiş təyyarə qəzasından sonra Azərbaycan xalqı bu hadisə ətrafında bir daha milli birliyini nümayiş etdirməyi bacardı Yeni Gündəm
Icma.az, Yenigundem portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Baş vermiş təyyarə qəzasından sonra Azərbaycan xalqı bu hadisə ətrafında bir daha milli birliyini nümayiş etdirməyi bacardı. Bir daha Azərbaycan prezidentinin arxasında dayanaraq bu hadisəni manipulyasiya etmək istəyənlərə bu hadisənin cinayət deyil, qəza olduğunu sübut etmək istəyənlərə layiqli cavabını verdi. Bu milli birliyimiz hadisəyə münasibətdə obyektiv gerçəkliyin hamı tərəfindən etiraf olunmasına zəmin yaratdı”.
Bunu AzNews.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.
Millət vəkili qeyd edib ki, bu milli birliyimiz isə bəzi güclər, hadisəni ört-basdır etmək istəyənlər tərəfindən yaxşı qarşılanmadı.
“Çünki onlar hadisəni tamamilə fərqli müstəvidə təqdim etməyə çalışırdılar. İndi isə məhz bu kontekstdə hadisəni etnik zəmində təqdim etmək istəyənlər, həmin bu cinayəti ört-basdır etmək istəyənlərin dəyirmanlarına su tökənlərdir. Azərbaycan xalqı etnik, dini zəmində yaradılmaq istəyən tələlərə düşmür. Heç 90-cı illərin əvvəllərində düşməyib və alnıaçıq, üzüağ bu mərhələni arxada qoyaraq böyük tarixi zəfərə imza atıbdır. Ona görə də heç kəs yenidən Azərbaycanı 30-34 il bundan əvəl düşmədiyi tələyə yenidən aparıb sala bilməz. Qoy bunu hər kəs bilsin və bu hadisəni istismar etməsinlər. Azərbaycan xalqı qalib xalqdır. Azərbaycan xalqı bu əziz qalibiyyəti məhz etnik, dini, məzhəb fərqliliyinə məhəl qoymadan bir millət olmanın, Azərbaycan dövlətinin bərabərhüquqlu vətəndaşı olmanın gətirdiyi üstünlüklər sayəsində əldə edibdir. Azərbaycan xalqı bunun fərqindədir”.
 Bu mövzuda digər xəbərlər:
Bu mövzuda digər xəbərlər: Baxış sayı:112
Baxış sayı:112 Bu xəbər 30 Dekabr 2024 10:15 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 30 Dekabr 2024 10:15 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















