“Başa düşmürəm, niyə bütün dükanlara market deməliyik?!”
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Mən başa düşmürəm ki, Azərbaycanda bütün dükanlar niyə market adlandırılmalıdır?!”
“Qafqazinfo” xəbər verir ki, bunu AYB sədri Anar Rzayev Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən Konfransda bildirib.
“Deyirlər turistlər üçün... Bağışlayın, turist bu qədər kütdür ki, dükanda qarpız-yemiş satılması ilə ayaqqabı satılmasını ayırd edə bilməsin?! Niyə mütləq market olmalıdır? Nə qədər belə sözlər televiziya və radio vasitəsilə dilimizə girir. Yəni bütün bu misallardan başqa, rus dilindən biz cəmi 6-7 söz - kolxoz, sovkoz, komsomol və s. almışdıq. Beynəlxalq sözləri demirəm, onlar heç. Amma bu gün biz ingilis dilindən nə qədər söz alırıq”, - AYB sədri bildirib.
Nuranə Daxilqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 08 Dekabr 2025 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















