Basketbol Liqasında II tura bu gün yekun vurulacaq
Apasport saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan Basketbol Liqasında II tura bu gün yekun vurulacaq.
Apasport.az xəbər verir ki, son olaraq iki oyun keçiriləcək.
"Sərhədçi" "Lənkəran"la, "Naxçıvan" "Sumqayıt"la üz-üzə gələcək.
B qrupunun qarşılaşmaları müvafiq olaraq saat 14:00 və 19:00-da start götürəcək.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" "Şəki"yə (92:68), "Ordu" "Quba"ya (96:68), "Abşeron Lions" "Gəncə"yə (96:94), "Sabah" isə NTD-yə (133:65) qalib gəlib.

